“Amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər”
10 May 2018 15:34 SiyasətBahar Muradova: " Nədən çəkindiniz, sosial şəbəkələrdənmi?
"Ulu Öndər Heydər Əliyev 15 ildir cismən bizi tərk edib. Amma elə bir gün yoxdur ki, dahi şəxsiyyət xatırlanmasın". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova parlamentdə Ulu öndərin 95 illyinə həsr olunan xüsusi iclasda çıxışı zamanı deyib.O, bildirib ki, Ulu Öndərin daim var olması üçün bu irsə yaradıcı yanaşmalı, irəliyə aparmalıyıq: "Necə ki, bu gün Prezident İlham Əliyev bu işi irəliyə aparır. Biz də öz növbəmizdə Prezident İlham Əliyevə dəstək olmalıyıq. Ümummilli Lider Heydər Əliyev sağlığında yalnız öyünmür, O həm də tənqid olunurdu. Ulu Öndərin ünvanına kəskin şəkildə tənqid irəli sürənlər var idi. Bu gün bu salonda əyləşən həmkarlarımızdan bəziləri də vaxtilə Ümummilli Lideri tənqid ediblər. Lakin illər keçdikcə onlar Ulu Öndər irsini anlamağa başladılar. Bunun özü böyük irəliləyişdir. Biz Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi haqqında danışanda, Azərbaycanın 95 illiyi haqqında danışırıq. Ümummilli lier hər zaman bizə kəskin olduğumuz halda düzgün yol göstərib, məsələni bir-birini anlamaqla yola qoymağı tövsiyə edib". B. Muradova qeyd edib ki, zamanında Ulu Öndər Heydər Əliyevi özünə qarşı görənlər bu gün onun Azərbaycanı inkişafa aparan güc olduğunu dərk edirlər: "Onun liderliyi, tam şəxsiyyət olması da bundadır. Amma nədənsə bu gün həmin insanlar burada çıxış etmirlər. Nədən çəkindiniz sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə Onun dövlətə xalq, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq".