“Azərbaycan xalqı yaşadıqca Heydər Əliyevin xatirəsini yad edəcək”
10 May 2018 14:21 Siyasət"Heydər Əliyev hakimiyyətə gəldikdən sonra zorakılıq ənənələrinə son qoyub".
"Olaylar" xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib. Millət vəkili əlavə edib ki, Heydər Əliyevin yaratdığı müasir Azərbaycan uğurla inkişaf edir: "Heydər Əliyevin qoyduğu ənənələr bu gün də yaşayır. Azərbaycan xalqı yaşadıqca ulu öndər Heydər Əliyevin xatirəsini yad edəcək".
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Heydər Əliyevin elm və təhsilə xüsusi diqqət yetirdiyini bəyan edib: "Heydər Əliyevin SSRİ dövründə Moskvaya oxumağa göndərdiyi gənclərin içərisində mən də var idim. Bu gün Azərbaycanda elmi məktəblərin əksəriyyətinin rəhbəri məhz Heydər Əliyevin SSRİ-nin müxtəlif şəhərlərinə oxumağa göndərdiyi insanlar, yaxud o insanların tələbələridir".