Heydər Əliyevin Vəfa Quluzadəylə etdiyi ZARAFAT
10 May 2018 14:05 SiyasətMillət vəkili Elman Nəsirov mərhum dövlət müşaviri, politoloq Vəfa Quluzadənin Ümummilli lider Heydər Əliyevlə bağlı maraqlı xatirəsini danışıb.
Millət vəkili H.Əliyevin yüksək yumor hissinə malik olduğunu söyləyib:
"Mərhum dövlət müşaviri Vəfa Quluzadənın mənə danışdığı xatirədir. Deyir ki, 1994-cü ildə Heydər Əliyev ilk dəfə Amerikanın prezidenti Bill Klintonla görüşür. Görüşə bir neçə dəqiqə qalmış tərcüməçinin halı pisləşir. Vəfa müəllim deyir ki, cənab prezident, Harvard universitetində təhsil alan bir azərbaycanlı var, həm də dili çox əla bilir. Heydər Əliyev deyir ki, dili bilə bilər, amma burada siyasi terminləri tərcümə etmək var. Vəfa Quluzadə bildirir ki, mən də burdayam, özüm nəzarət edəcəyəm, razılaşır. Vəfa müəllim danışır ki, görüş ərzində fikrim tərcüməçinin yanında qalıb ki, nəsə səhvə yol verməsin. Görüş bitir, Bill Klinton Heydər Əliyevi liftə qədər ötürür. Liftin qarşısında Heydər Əliyev məndən soruşdu ki, necə idi? Dedim ki, tərcümə əla idi, heç bir problem olmadı. Dedi, onu soruşmuram e, mən necə danışdım?".
Olke.az