İrəvanda dünyanı aldadan “demokratik inqilab”
10 May 2018 11:57 SiyasətVə Ermənistanın yeni hiyləgər Qarabağ oyunu
Hazırda müşahidə edilən mənzərə ondan ibarətdir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir nəticəyə hesablanmayan danışıqlar prosesi daha bir neçə ilə davam edəcək və problemin həlli məqsədilə heç bir ciddi addım atılmayacaq. Hər halda Ermənistanda yeni hakimiyyət komandasının formalaşması və onun münaqişə barədə daha ətraflı bilgi əldə etməsi üçün tələb olunacaq zaman belə deməyə əsas verir.
Müstəqil ekspert Rövşən Məmmədli ilə hesab edir ki, hazırda Ermənistan Dağlıq Qarabağla bağlı yeni, daha hiyləgər oyuna başlayıb. Onun sözlərinə görə, Azərbaycan bu oyunu zamanında ifşa edib yarımçıq qoymalı, onun iç üzünü dünyaya göstərməlidir: "Bunun üçün isə ilk növbədə Paşinyana imkan vermək lazım deyil ki, "demokratik erməni xalqı" adı ilə manipulyasiya etsin. Paşinyan Qarabağla bağlı danışığa "hazıram" desə də, ancaq Azərbaycan tərəfindən qəbul edilməz şərt də irəli sürərək Qarabağ erməni icmasının danışıqlarda tərəf kimi iştirakını irəli sürür. Bununla da danışıqların daha da sürünməsinə və bundan istifadə edərək Qarabağı de yure əldə etmələri üçün imkanlar axtarmaq məqsədi güdür. Bu hal Ermənistanın yararlandığı əsas silahdır. Sabiq president Levon Ter Petrosyan məsələnin həllinə dirənəndə Köçəryan "çevriliş" etdi, Köçəryan dirənəndə, parlamentdə gülləbaran təşkil edildi, Ermənistanda daşnaklar kimi düşünməyən bir neçə erməni öldürüldü. Sonradan hakimiyyətə Serj Sərkisyan gəldi və o da Nijdeh yolu ilə getdi. İndi təmas xəttində status-kvonun bu cür qalmaması faktı ilə üzləşən Ermənistan daha hiyləgər addım ataraq İrəvanda dünyanı aldadan bir "demokratik inqilab etdilər". Serj Sərkisyan Paşinyanı ortaya çıxarmaqla görüntü xarakterli olsa da, yalandan gediş edərək Nijdeh təfəkkürlü faşist erməniləri Avropaya demokratik xalq, demokratiya yönlü xalq, zülmə dözməyən xalq kimi qələmə verməyi bacardı. İndi Ermənistan siyasətini bu istiqamətdə qurub Qarabağ məsələsinin xeyirlərinə həll olunmasında bu "faktdan" istifadə edəcək. Azərbaycanda isə bir çox təhlilçilər Paşinyanın baş nazir seçilməyəcəyini vurğulayır, üzlərini Rusiyaya çevirərək, Moskvanın buna yol verməyəcəyini tirajlayırdılar. Bunlar tək burunlarının ucundan uzağı görmürlər, həm də erməni xislətini, erməni tarixini bilmirlər. Bəzilərini də heç Qarabağ maraqlandırmır. Hətta elə siyasətçilərimiz, jurnalist və təhlilçlərimiz var ki, Bakı da əldən getsə onları qayğılandırmaz. Ən pisi də odur ki, belələri yalanlarla, yaltaqlıq etməklə, özlərini gözə soxmaqla hakimiyyətin içərilərinə dürtülməyi bacarıblar. İndi bunlar xalqla ölkə rəhbərliyi arasında maneəyə çevriliblər. İnsanlarda belə fikir formalaşdırılır ki, daha Qarabağ getdi, Qarabağ alınmayacaq, əlinizi Qarabağdan üzün. Nə qədər ki, Rusiya imperiyası durur Qarabağ qaytarılmayacaq və s.İndi də demokratik "ermənilər" kartı işə salınacaq. Odur ki, Azərbaycan Paşinyana bu imkanı verməməli, onu dərhal danışıqlara dəvət etməlidir. Danışıqlarda ancaq beynəlxalq hüquq normalarına söykənilməlidir. "Madrid prinsipləri" ümumiyyətlə yaxına buraxılmammalıdır ki, bir 25 il də təzədən bada verək. Madrid prinsipləri" Qarabağın Ermənistana de yure verilməsi üçün hazırlanmış bir sənəd olduğunu kimsə inkar edə bilməz. Azərbaycan bunu həm də Qərbdəki bütün maraqlı qurumların müşahidəsi və məlumatlandırılması ilə etməlidir". Rövşən Məmmədli deyib ki, Paşinyan məhsuldar danışıqlardan imtina edərsə, yaxud danışıqlar prosesini əngəlləməyə, vaxt udmağa cəhd edərsə Azərbaycan lazımı variantları işə salmalıdır: "Söz orduya və bu ordunu dəstəkləyən xalqa verilməlidir. Bir məsələyə də diqqət edək. İrəvandakı bir aylıq qarmaqarışıqda elə bir qüvvə, hətta elə bir şəxs tapılmadı ki, ayağa durub desin gəlin Qarabağı qaytaraq öz sahibinə və Azərbaycanla dinc qonşuluq quraq və bundan sonra mehriban və rahat yaşayaq. Bu hal onun təsdiqidir ki. ermənilər ümumiyyətlə konstruktiv düşünmürlər və bu heç onlarda belə düşüncə tərzi də yoxdur. Buda ermənilərin faşist-daşnak ideologiyası ilə zombiləşdirilməsinin sonucudur. Erməni xalqının bu faşist düşüncəsinə itələnməsində bizim pulsuz qaz verdiyimiz erməni kilsələrinin rolu da çox böyük olub. Təsadüfi deyil ki, Nikol Paşinyan hələ kürsüdə oturmamış "Böyük Ermənistan"ı quracaqlarına və bunun üçün Türkiyədən başlayıb Azərbaycanda qurtaracaqlarını dilinə gətirdi. O da təsadüfi deyil ki, daşnakların toplaşdığı partiya da ilk gündən Paşinyanı dəstəklədi. Sual olunur "demokratik Paşinyan" hara faşist ideologiyalı daşnaklar hara?. Ermənistanda az-çox konstruktiv düşüncə Ter Petrosyanda müşahidə olunubsa, bu da elə cücərti şəkilində dondurulub, sıradan çıxarıldı". Ekspert deyir ki, Azərbaycan son anda torpaqlarını azad edib Zəngəzura, İrəvana tərəf istiqamət götürəndə ermənilər üçün gec olacaq: "Necə ki, böyük sərkərdəmiz Qara Bəkir Paşa dinc Türkləri, arvad uşaqları, xəstələri, qocaları qırıb qurtarmaq istəyən erməni çetelərini 1920-ci ildə Gümrüyə qədər gəlib dinc əhalini bu vəhşi daşnak tör-töküntüsündən azad etdi. Sonra, hiyləgər ermənilər guya "bolşevik" olan "sülhlə yaşamaq" təklifi edən erməniləri qabağa verib bir daha Türkiyəyə zərər verməyəcəklərini bildirərək sülhə nail olub vəziyyətdən əslində qalib çıxdılar. Əks halda bütün Ermənistan Türkiyənin təsiri altına düşərək, dövlətçiliyini itirib asılı olacaqdı. Bununla da vətənsiz, sərsəri, nankor, hiyləgər ermənilərin "dövlət" arzuları tarixə qovuşacaqdı. Sonda xalqın içindən çıxmış mərhum şairimiz Qabilin deyimi ilə bir daha vurğulayıram ki,Qarabağ məsələsində son və həlledici sözü Azərbaycan əsgəri deyəcək. Ancaq hər şeyin zamanı vədəsi olduğu kimi bu məsələnin də vədəsi çoxdan yetişib, indi isə bu məsələ millətimiz üçün Şekspirin ölümmü, qalımmı dilemmasına çevrilib. Hesab edirəm bu məsələdə hər kəs öz məsuliyyətini hiss etməli və Azərbaycan iqtidarlı xalqlı bir gücə çevirilib Qarabağa yönəldilməli, Bu azad və bütöv vətən naminə görməli olduğumuz vacib işimiz sonraya qalarsa daha ağır fəlakətlərlə üzləşəcəyimizi hər kəs göz altına alsın. İndi bir oğluna qıymayanlar sabah bütün nəsilini.kökünü itirə bilər. Hamımızın gözümüzün nuru can Azərbaycanımızı itirə bilərik. Bəli Paşinyanlar "Böyük Ermənistan"ı məhz can Azərbaycanımızda qurmağı planlaşdırırlar. Bu yanların diasporaları isə bütün Qərbdə Türkləri Orta Asiyaya göndərmək təbliğatı aparırlar. Qərbin də "demokratik" üzünü İraqda, Liviyada, Suriyada gördük. NATO-nun öz üzvü olan Türkiyəyə xəyanətində gördük".
Rövşən Məmmədli bildirib ki, xalqın içindən çıxan bir nümayəndə kimi millətin qeyrətinə, gücünə, iradəsinə bələddir və xalqın düzgün istiqamətləndirilərək hər bir missiyasında tam qələbə çala biləcəyinə əmindir: "Odur ki, Qarabağımızda buraxılan səhvlərimizi təkrar etmədən dərhal, elə bu andan Qarabağımızın azad edilməsinə başlayaraq Ordumuzun, dövlətimizin arxasında dayanmalıyıq. Hakimiyyət xalqın bu iradəsini iki il öncə aprel döyüşlərində gördü. İndi o iradə yüz qat artıb. Odur ki, ordumuza Qarabağı, Aran Zəngəzuru, Qazaxda itirilən kəndlərimizi, Naxçıvanda əldən gedən "Kərki"ni azad etmək əmri verilməlidir".
Süleyman