Əfv sərəncamı mayın ikinci yarısında gözlənir
10 May 2018 11:48 SiyasətƏfv sərəncamı mayın ikinci yarısında imzalanacaq.
Əfv Məsələləri Komissiyasından verilən məlumata görə, hazırda iclaslar davam etdirilir, daxil olan müraciətlərə baxılır. Növbəti həftə Komissiyanın iclaslarını yekunlaşacağı gözlənilir. Xalq Cumhuriyyətinin 100 illiyi ərəfəsində daha yüzlərlə insan azadlığa qovuşacaq.
Qeyd edək ki, Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 600-dən artıq müraciətə baxıb.Ümumilikdə isə Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31