Əli Əhmədov: "Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək"
7 May 2018 16:01 Siyasət"Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək".
Bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədrinin müavini, icra katibi Əli Əhmədov növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Ə.Əhmədov qeyd edib ki, bu barədə heç bir məlumata sahib deyil: "Mən belə bir şey bilmirəm. Məlum olduğu kimi, Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ildə keçiriləcək".
Qeyd edək ki, sosial şəbəkələrdə Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumatlar yayılıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31