Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar lider”
7 May 2018 15:54 SiyasətMilli Azərbaycan Tarixi Muzeyində Muzeyin YAP "Azərbaycan tarixçiləri" ilk ərazi təşkilatı Həmkarlar təşkilatı ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Əbədiyaşar lider" adlı xatirə tədbiri keçirilib.
Olaylar.az bildirir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə çıxış edərək, Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışıb. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd etdi.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova çıxış edərək, Ümummilli liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü fəaliyyətdən bəhs etdi. Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğuladı və müasir dövlətçiliyin məhz H.Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də cənab Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına çevrilməsindəki fəaliyyəti haqqında məlumat verdi. Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov çıxış edib.