Əfv Məsələləri Komissiyası yenidən toplaşdı
2 May 2018 16:17 SiyasətAzərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası öz işinə başlayıb.
Komissiyanın bügünkü iclasında da daxil olan müraciətlərə baxılacaq. Qeyd edək ki, komissiyanın ötən gün keçirilən iclasında 100-dən artıq müraciətə baxılıb və onların bir hissəsi ilə bağlı müsbət qərar qəbul edilib.
Ümumilikdə Əfv Məsələləri Komissiyası bu ilin yanvar ayının sonlarından başlayan iclaslarında indiyə qədər 500-dən artıq müraciətə baxıb. Komissiyaya 1000-ə yaxın müraciət daxil olub.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31