Qüdrət Həsənquliyev Qarabağla bağlı Milli Məclisin xüsusi iclasının çağırılmasını təklif edib

Parlamentdə Ermənistanda baş verən hadisələrlə əlaqədar Milli Məclisin xüsusi iclasının çağırılması təklif olunub.

"Olaylar"ın məlumatına görə, Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev bu təkliflə çıxış edib. Qarabağla bağlı xüsusi iclasın çağırılmasını zəruri sayan deputat qeyd edib ki, təxribatçılar cəbhədə atəşkəsi iri miqyasda poza bilər: "Biz qərar qəbul edib, torpaqlarımızın azad olunması üçün imkanlardan vaxtında istifadə etməliyik. Çünki gözlənilən odur ki, Ermənistanda tezliklə vətəndaş müharibəsi baş verəcək. Biz vəziyyəti diqqətlə izləməliyik". Spiker Oqtay Əsədov isə bildirib ki, Azərbaycan perzidenti və ordusu istənilən təxribata dərhal cavab verməyə hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31