Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı təsis edilib

Milli Məclisin mayın 1-də keçirilən iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə medal təsis olunması müzakirəyə çıxarılıb.

"Olaylar"ın məlumatına görə, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.Layihəyə əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiiyi (1918-2018)" yubiley medalı təsis ediləcək. Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu medalla təltif olunacaq. Layihə səsə qoyulaarq qəbul edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31