Ermənistanda Qarabağ klanına qarşı aqressiya vardı
“Regionun ən qaynar hadisələri son iki həftə ərzində Ermənistanda baş verir. Mən deməzdim ki, Ermənistanda cərəyan edən proseslər birdən birə oldu. Əslində Ermənistan cameəsi, erməni əhalisi içərisində Qarabağ kalnına qarşı illərlə yaranmış bir aqressiya vardı”.
25 Aprel 2018 16:52 Siyasət"Regionun ən qaynar hadisələri son iki həftə ərzində Ermənistanda baş verir. Mən deməzdim ki, Ermənistanda cərəyan edən proseslər birdən birə oldu. Əslində Ermənistan cameəsi, erməni əhalisi içərisində Qarabağ kalnına qarşı illərlə yaranmış bir aqressiya vardı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Beynəlxalq Avrasiya Mətbuat Fodunun prezidenti Umud Rəhimoğlu son vaxtlar Ermənistanda baş verən hadisələrə münasibət bildirərkən səslənbdirib. O, qeyd edib ki, əli qana batmış cinayətkar xuntanın hakimiyyət başında olması Ermənistan cəmiyyətində müzakirə olunur, ona qarşı təpki baş qaldırırdı: " Gündən-günə həm siyasi, həm də iqtisadi cəhətdən Ermənistanın çökməsi, erməni xalqının aclıq və safalət içərisində yaşaması, eyni zamanda bu ölkədən böyük bir miqrasiya axnının baş verməsi, orduda olan pərakəndəlik Sərkisyan hakimiyyətinə qarşı çox böyük bir aqressiya formalaşdırırdı. Bu səbəbdən də Paşinyan tərəfindən olan təşəbbüs dəstək qazandı və müxalif qüvvələri Paşinyan öz ətrafına cəm edərək Sərkisyanımn istefasına nail oldular". Umud Rəhimoğlu deyib ki, Ermənistanda bu prosesin baş verməsi gözlənilən idi və Sərkisyan hökumətinin bundan sonra Ermənistanda hakimiyyətdə qalması həm erməni xalqının ziyanına, həm də Qarabağ probleminin həllinin daha 5-10 il uzanmasına səbəb ola bilərdi.