Ermənilər Azərbaycanın ABŞ-dakı səfirini izləyirlər

ABŞ-da yaşayan erməınilər Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovu izləyirlər. Belə ki, Amerika Milli Erməni Komitəısinin (ANCA) "Twitter" mikrobloqunda Birinci Dünya müharibəsində baş vermiş hadisələrin təhrif olunması və "erməni soyqırımı" yalanına qarşı aksiyada iştirak etmiş Elin Süleymanovun fotoşəkilləri yayımlanıb.

Yüzlərlə etnik türk Türkiyə və Azərbaycan bayraqları ilə Türkiyənin Vaşinqtondakı səfirliyinin qarşısına toplaşıblar.

Türk-Amerikan Milli Koordinasiya Komitəsinin (TASC) və Amerika Dini Mərkəzinin (DCA) çağırışı ilə təşkil edilmiş aksiyaya həmçinin ABŞ-dakı digər icmaların nümayəndələri - azərbaycanlılar və Ahıska türkləri qoşulublar.

Aksiya iştirakçıları "erməni soyqırımı" barədə yalanın yayılmasının yolverilməzliyini qeyd ediblər.

Aksiyada Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç və TASC həmsədrləri Halil Mutlu və Günay İvinç iştirak ediblər.

Посмотреть изображение в ТвиттереПосмотреть изображение в Твиттере

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31