Türkiyə prezidenti: "TANAP-ın açılışı xalqlarımıza, dünyaya müjdəmiz olacaq"
“Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik”.
25 Aprel 2018 16:00 Siyasət"Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının bundan əvvəlki iclasında Bakı-Tibilisi-Qars dəmir yolunun açılışında iştirak etmişdik". Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, qarşıdakı dövrdə yeni layihələr həyata keçiriləcək: "Bu sahədə ən önəmlisi milli valyutalara keçid olacaq. Bundan əlavə, yaxın zamanda, iyulun əvvəlindəTANAP-ın açılışı keçiriləcək. Bu, xalqlarımıza, dünyaya bir müjdəmiz olacaq. Bu, tək Tükiyə və Azərbaycan arasında qaz nəqlinə deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə töhfə olacaq. Sentyabr-oktyar aylarında "Star" zavodu açılacaq. Bununla da Azərbaycan Türkiyədə ən böyük sərmayəçi olacaq".
Türkiyə prezidenti qeyd edib ki, qısa müddətdə güzəştli ticarətə dair müqavilə həyata keçiriləcək: "Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-İran formatları da əməkdaşlıqda mühüm əhəmiyyət kəsb edir". Apa.az