Putinə Suriyadakı vəziyyət barədə məruzə edilir
14 Aprel 2018 13:09 SiyasətRusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinə Suriyadakı vəziyyət barədə məruzə edir.
Oxu.Az-ın xəbərinə görə. bu barədə "Rossiya-24" telekanalına hərbi dairələrdəki mənbə məlumat verib.
Qeyd edək ki, səhər saatlarında ABŞ, Böyük Britaniya və Fransa qoşunları Suriyaya zərbələr endiriblər.
Pentaqon rəhbəri Ceyms Mettisin sözlərinə görə, zərbə birdəfəlik olub, əlavə hücumlar hələ planlaşdırılmır, lakin istisna da edilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31