İordaniyanın “Petra” agentliyi Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb

Aprelin 11-də İordaniyanın “Petra” Dövlət Xəbərlər Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair geniş məlumat dərc edib.

Aprelin 11-də İordaniyanın "Petra" Dövlət Xəbərlər Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair geniş məlumat dərc edib. Sechki-2018.az saytının xəbərinə görə, Azərbaycanın İordaniyadakı səfirliyindən bildiriblər ki, məlumatda ölkəmizdə keçirilən prezident seçkiləri yerli və beynəlxalq təşkilatların, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izləndiyi, Azərbaycan xalqının iradəsini əks etdirdiyi, demokratik, şəffaf və ədalətli şəkildə keçirildiyi ifadə olunur. Azərbaycanda seçki qanunvericiliyinin demokratik prinsiplərə əsaslandığı barədə məlumat verən müəllif hazırkı seçkilərin veb-kameralar və internet vasitəsilə də izləndiyini qeyd edir.

Sonda müəllif Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31