Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başlayıb
11 Aprel 2018 09:58 SiyasətAzərbaycanın Rusiyadakı səfirliyində prezident seçkiləri ilə əlaqdar səsvermə başlayıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, yerli vaxtla saat 08:00-da səfirlikdə yerləşən məntəqə açılıb.
Səfirliyin foyesində seçici syahıları asılıb. Məntəqə seçki komissiyasının üzvləri səfirliyə gəlmiş vətəndaşları əlavə qeydiyyata alırlar. Səfirlikdə açılan 17 saylı Yasamal üçünçu seçki dairəsinin 47 saylı seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov məntəqədə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayının 1499 nəfər olduğunu söyləyib.
Qeyd edək ki, Moskvadakı səfirliklə yanaşı, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsulluqlarında da seçki məntəqələri yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31