Cocuq Mərcanlı sakinləri 24 ildən sonra öz kəndlərində səs verir
11 Aprel 2018 09:48 Siyasət120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin Cocuq Mərcanlı kəndində 24 ildən sonra səsvermə təşkil olunub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, yeni yaradılan 73 saylı məntəqədə səsvermə keçirilir. Cocuq Mərcanlıdan olan 121 seçici ilk dəfə öz kəndlərində seçkilərdə iştirak edir.
Qeyd edək ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinə daxil olan 73 məntəqədən 72-i 1993-cü ildən respublikanın 58 rayonunda fəaliyyət göstərir.
49788 seçicidən 49667 nəfəri məcburi köçkündür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31