Qənirə Paşayeva: "Prezident seçkilərində xalqımız layiqli namizədinə səs verəcək"

Azərbaycanda seçkilərə hazırlıq mərhələsi çox yüksək səviyyədə təşkil olunub. Namizədlərin təbliğat-təşviqat kampaniyası bərabər şəraitdə keçdi. Hər hansı qanun pozuntusu müşahidə olunmadı. Bunu  Milli Məclisin deputatı Qənirə Paşayeva bildirib.

O qeyd edib ki, Azərbaycanın demokratik seçki təcrübəsi ildən-ilə təkmilləşir. Deputat deyib: "Seçki prosesinin təşkili, seçki məntəqələrində veb-kameraların quraşdırılması, səslərin qısa zamanda bölgələrdən dairələrə, dairələrdən Mərkəzi Seçki Komissiyasına göndərilməsi və digər proseslər daha da təkmilləşdirilib. Səsvermə günündə seçicilərin rahat şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb. Əminəm ki, bu seçkilər də yüksək səviyyədə, azad, demokratik və ədalətli şəkildə baş tutacaq".

"Azərbaycanda yüksək seçki əhval-ruhiyyəsi var. Xalqımız prezident seçkilərində fəal iştirak edəcək və layiqli namizədinə səs verəcək",- deyə deputat vurğulayıb. sechki-2018.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31