Sabah Azərbaycanda seçki günüdü

Sabah Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilir. Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var. Səsvermə hüququ olan vətəndaşlar səhər saat 8:00-dan axşam 20:-00-dək seçki məntəqələrinə gedərək səsvermə hüquqlarından istifadə edə biləcəklər. Həmçinin ehtiyac yarandığı təqdirdə seçki məntəqələrində daşınar seçki qutularından da istifadə olunacaq.

Məlumat üçün qeyd edək ki, seçkiləri izləmək üçün Mərkəzi Seçki Komissiyasında 59 ölkə və 60 beynəlxalq təşkilatdan  894 beynəlxalq müşahidəçi qeydə alınıb. Bundan başqa seçkiləri 58 175 nəfər isə yerli müşahidəçi də izləyəcək.

Ölkənin bir nömrəli posyu uğrunda mübarizəyə namizəd qoşulub. Bunlar Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, millət vəkili Zahid Oruc, ASDP-nin həmsədri Araz Əlizadə, BAXCP sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və AXCP sədri Razi Nurullayevdir. Bu gün seçkilərdə qalib gələcək şəxs 7 il müddətinə ölkənin bir nömrəli postunda əyləşəcək.

Qeyd edək ki, konstitusiyaya edilən son əlavə və dəyişikliklərdən sonra Azərbaycanda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31