Bayraq dirəyi hazırlanarkən nöqsana yol verilib - Abid Şərifovdan açıqlama
4 Aprel 2018 12:54 Siyasət"Bayraq meydanında bayraq dirəyinin sökülməsi küləyə davamlılıqda nöqsanların üzə çıxması ilə bağlı olub".
"A24.az"ın məlumatına görə, bunu baş nazirin müavini Abid Şərifov bildirib.
Şərifovun sözlərinə görə, yəqin ki, bayraq dirəyi zavodda hazırlanarkən küləyə davamlılıqla bağlı müəyyən nöqsana yol verilib: "Buna görə də xarici ekspertlər də dəvət olundu və bayraq dirəyi söküldü. Bu məsələ ilə başqaları məşğul olduğundan sonrakı məsələlər barədə məlumatsızam".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31