Ərdoğan Afrindəki son döyüşlərdən danışıb
1 Aprel 2018 21:14 SiyasətTürkiyə ordusu Afrində 3348 terrorçunu zərərsizləşdirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Adanada çıxışı zamanı bildirib:
"Bəzi dövlətlər bundan narahatlıq keçirirlər. Bu, Fransanı narahat edir. Amma biz öz yolumuzla getməyə davam edəcəyik".
Ərdoğan qeyd edib ki, "Zeytun budağı" əməliyyatı hazırda davam edir. Əməliyyat Tell-Rifat yaşayış məntəqəsi və digər ərazilərdə keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31