Politoloq: “Stanislav Tarasovun kimə xidmət etdiyi məlumdur”
“Hər bir satıcı kimi Rusiyanın da əsas məqsədi silah sataraq maliyyə əldə etməkdir”. Bu fikri politoloq Zaur Məmmədov Rusiyanın Azərbaycana silah satışını dayandırması haqda bəzi rus ekspertlərin səsləndirdiyi fikirləri şərh edərkən deyib.
29 Mart 2018 15:01 Siyasət"Hər bir satıcı kimi Rusiyanın da əsas məqsədi silah sataraq maliyyə əldə etməkdir". Bu fikri politoloq Zaur Məmmədov Rusiyanın Azərbaycana silah satışını dayandırması haqda bəzi rus ekspertlərin səsləndirdiyi fikirləri şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, Moskvanın indiki iqtisadi durumunu nəzərə alsaq, bu Rusiya üçün xarici ölkələrə silah satışını daha da aktual edir: "Məsələn, 2012-2016-cı illər ərzində Rusiyanın silah eksportunda Azərbaycan ilk beşlikdə qərarlaşmışdı. Biz alıcıyıq. Bizə silah satmaq istəyən ölkələr siyahısında təkcə Rusiya deyil, digər dövlətlər də var".
Z. Məmmədov əlavə edib ki, Bakı silah importunda şaxələnmiş siyasətin tərəfdarıdır və bunu reallaşdırır. Rus ekspertlərinin səsləndirdikləri fikirlərə gəlincə, politoloq vurğulayıb ki, bu, erməniləri sakitləşdirmək üçün verilən bəyanatlardı: "Bunlardan biri Stanislav Tarasov kimi kimə xidmət etdiyi məlum olan şəxsdir". Azadinform.az