“İnanıram ki, xalq bir daha düzgün seçim edəcək”
"Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün lazımi şərait yaradılıb”. Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. O qeyd edib ki, seçki öncəsi namizədlərin təbliğatı üçün bütün şərait yaradılıb və onlar təbliğatını davam etdirir.
29 Mart 2018 15:00 Siyasət"Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün lazımi şərait yaradılıb". Bu fikri Milli Məclisin deputatı Rövşən Rzayev deyib. O qeyd edib ki, seçki öncəsi namizədlərin təbliğatı üçün bütün şərait yaradılıb və onlar təbliğatını davam etdirir.
R. Rzayev hesab edir ki, təşkilatı məsələlər həll edilib, bütün işlər qaydasındadır: "Qalan məsələ isə seçkinin uğurla keçirilməsi və Azərbaycan xalqının bir daha öz seçimini etməsidir. Azərbaycan xalqı müdrik, öz dövlətinə, vətəninə bağlı xalqdır. Xalq öz müstəqilliyini, azadlığını dəyərləndirir. İnanıram ki, xalq bir daha düzgün seçim edəcək və Azərbaycanda uzun müddət uluöndər Heydər Əliyevin siyasəti öz işini davam etdirəcək". Azadinform.az