Robert Sekuta: “Azərbaycan ilk müasir müsəlman demokratiyası və qadınların səsvermə hüquqlarını tanıyan ilk müsəlman ölkəsi olub”

Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri üçün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Azərbaycandakı diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil edib. “OLAYLAR” xəbər verir ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dən çox qonaq iştirak edib.

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azərbaycan") üzvləri üçün ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanın Azərbaycandakı diplomatik xidmətinin başa çatmasına həsr olunmuş aylıq işgüzar nahar təşkil edib. "OLAYLAR" xəbər verir ki, diplomatik korpusun nümayəndələri də daxil olmaqla tədbirdə 100-dən çox qonaq iştirak edib.

Tədbiri açıq elan edən "AmCham Azərbaycan"ın icraçı direktoru xanım Natəvan Məmmədova qonaqları salamlayaraq cənab Robert Sekutaya Azərbaycanda həyata keçirdiyi xüsusi xidmətləri üçün minnətdarlığını ifadə edib.

Öz növbəsində çıxış edən Robert Sekuta Azərbaycanda keçirdiyi 3 il ərzində yaşadığı təəssüratları və təcrübələri haqqında qısaca danışdı və həm problemlərin, həm də imkanların mənbəyi olan ölkənin unikal geosiyasi mövqeyini vurğulayıb və qeyd edib ki, Azərbaycan ilk müasir müsəlman demokratiyası və qadınların səsvermə hüquqlarını tanıyan ilk müsəlman ölkəsi olub - bu, Azərbaycanın tolerantlıq nümunəsidir. Cənab Sekuta şərq və qərbi birləşdirən nəhəng nəqliyyat şəbəkəsinin əlaqələndirilməsi baxımından Azərbaycanın beynəlxalq əhəmiyyətini, eləcə də ölkənin neft və qaz istehsalçısı olaraq qlobal və regional energetika təhlükəsizliyinə gələcəkdə də töhfə vermə potensialını və ekstremizm və terrorizmlə mübarizədəki rolunu vurğulayıb.

Bundan əlavə, o, Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməyə, qanunun aliliyini gücləndirməyə və korrupsiyaya qarşı mübarizə aparmağa davam edəcəyinə ümid bəslədiyini dilə gətirib. O, biznes üçün hüquqi müdafiənin təmin edilməsi ilə birlikdə, bütün bunların ölkəyə investisiyaların cəlb edilməsi və ölkənin özəl sektorunun inkişafı baxımından faydalı olacağını bildirib.

Tədbirin sonunda, "AmCham Azərbaycan"ın prezidenti Nuran Kərimov 2015-ci ilin fevral ayında Bakıya gələn Robert Sekutanın Palatanın fəaliyyətinə böyük töhfə verdiyini vurğulayıb, həmçinin, ABŞ və Azərbaycan arasındakı əlaqələrin hər aspektinə yüksək məsuliyyət hissi ilə yanaşdığına görə səfirə xüsusi minnətdarlığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31