Seçkilərin qalibi kim olacaq?

Prezident seçkilərinin daha bir mühüm mərhələsi, təbliğat-təşviqat dövrü başladı. Ölkənin bir nömrəli postu uğrunda mübarizəyə qoşulan hər bir namizəd bu mərhələdə seçicilərlə görüşlər keçirəcək, öz platformalarını xalqa çatdıracaqlar. Prezidentliyə namizədlərin təbliğat-təşviqat mərhələsində seçiciləri ilə görüşlər keçirməsi üçün müvafiq dövlət qurumları tərəfindən lazımı şərait də yaradılıb.

Seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verəcəyi şübhəsizdir

Prezident seçkilərinin daha bir mühüm mərhələsi, təbliğat-təşviqat dövrü başladı. Ölkənin bir nömrəli postu uğrunda mübarizəyə qoşulan hər bir namizəd bu mərhələdə seçicilərlə görüşlər keçirəcək, öz platformalarını xalqa çatdıracaqlar. Prezidentliyə namizədlərin təbliğat-təşviqat mərhələsində seçiciləri ilə görüşlər keçirməsi üçün müvafiq dövlət qurumları tərəfindən lazımı şərait də yaradılıb. Qanunvericiliyin tələblərinə uyğun olaraq namizədlərin açıq və ya qapalı şəraitdə seçicilərlə görüşüb öz təbliğatını qurmaq məqsədilə müvafiq yerlər də ayrılıb. Paralel olaraq prezidentliyə namizədlər kütləvi informasiya vasitələri, yazılı və elektron media, televiziyaların da imkanlarından istifadə edə bilərlər. Bir sözlə aprelin 11-də baş tutacaq prezident seçkilərinin azad və ədalətli, demokratik şəraitdə baş tutması üçün ölkədə hər bir şərait mövcuddur.

Bu bir reallıqdır ki, seçki ərəfəsində hər kəsi bir sual düşündürür ki, seçkilərin favoriti, qalibi kim olacaq. Düzdür, bu gün Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinə 11 aprel seçkilərinin qalibinin adı bəllidir. Daha doğrusu cəmiyyət artıq öz seçimini edib. Tam 15 il əvvəldən. Ancaq buna rəğmən bir daha prezidentliyə namizədlərin qələbə qazanmaq imkanlarına nəzər yetirək.

Əvvəla onu qeyd etmək yerinə düşər ki, 11 aprel seçkilərində kifayət qədər çox namizəd iştirak edir və bu amil öz-özlüyündə seçkilərin gərgin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi ilə yanaşı, mövcud iqtidarın mövqeyindən çıxış edən, onun yürütdüyü daxili və xarici siyasəti dəstəkləyən namizədlər də iştirak edir. Bu sırada millət vəkili Zahid Orucu qeyd etmək lazımdır. Düzdür, onun seçkilərdə qələbə qazanmaq şansı olmasa da, Zahid Orucun seçki təcürbəsi toplamaq baxımından 11 aprel mübarizəsinə qoşulması təqdirediləndir. Onu da etiraf edək ki, Zahid Oruc seçki mübarizəsinə qoşulan bəzi namizədlərdən, məsələn Araz Əlizadə və Hafız Hacıyevdən daha intellektual və bacarıqlıdır. Onun siyasi bacarığı da adıçəkilən namizədlərdən qat-qat çoxdur.

Digər namizədlər, Araz Əlizadə və Hafiz Hacıyevin seçkilərə gündəmdə qalmaq xatirinə qatıldıqlarını söyləyə bilərik. Düzdür, Araz Əlizadə son vaxtlar tez-tez "gündəm" yarada bilir. Kimliyimizi, keçmişimizi, tarixi şəxsiyyətlərimizi aşağılamaqla özünün xalq tərəfindən "unutdurulmasına" imkan vermir. Lakin onun bu kimi gündəmdə qalmaq cəhdləri nəticə vermədiyindən indi millət vəkili ölkənin bir nömrəli postuna iddialı olmaqla cəmiyyətin diqqətini özünə yönəltmək istəyir. Ancaq bəri başdan deyə bilərik ki, cifayda. Eyni fikirləri Hafiz Hacıyev barədə də söyləyə bilərik.

11 aprel seçkilərində müxalif düşərgəsindən də bir neçə namizəd mübarizə aparacaq. Həmin namizədlər arasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğölu, Azərbaycan Xalq Cəbhəsi Partiyasınıln sədri Razi Nurullayev və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin adlarını qeyd edə bilərik. Ancaq bəri başdan qeyd edə bilərik, hər üç namizəd bu seçkilərdən məğlub ayrılacaq ki, bunu da şərtləndirən amillər kifayət qədərdir.

Birincisi, müxalif düşərgədən bir neçə namizədin prezidentlik postu uğrunda mübarizəyə qoşulması ümumilikdə müxalif elektoratın səslərinin parçalanmasına gətirib çıxaracaq. Səslərin parçalanması isə adlarını qeyd etdiyimiz namizədlərin seçkilərdən məğlub ayrılmasını şərtləndirəcək.

İkincisi, cəmiyyətin müxalif düşərgəyə inamı uzun illərdir ki, qırılıb. Düzdür, bu gün həm Qüdrət Həsənquliyev, həm Razi Nurullayev, həm Sərdar Cəlaloğlu, həm də Fərəc Quliyev radikallıqdan xeyli uzaq olub konstruktiv müxalifət kimi fəaliyyət göstərsə də, adlarını çəkdiyimiz 4 namizədin hamısı məhz cəbhə şinelindən çıxdığı üçün Azərbaycan cəmiyyəti "ilanın ağına da lənət, qarasına da" prinsipindən çıxış edərək müxalifət namizədlərinə bel bağlamır, onları dəstəkləmir.

Müxalifət namizədlərinin seçkilərdən məğlub durumda çıxmasını şərtləndirəcək başqa bir amil isə radikal düşərgənin həmin namizədlərə qarşı kampaniya aparması olacaq. Məlum olduğu kimi müxalifətin radikal qanadı hələ seçki mərhələsinin ilk günündən seçkilərin antidemokratik keçəcəyini iddia edərək prosesdə iştirakdan imtina edib. Və digər müxalif partiyaları da "cəhənnəmə gedən özünə yoldaş axtarar" prinsipi ilə öz sıralarında görmək istəyib. Lakin əksər müxalif partiyalar radikalların bu çağırışına qoşulmadığı üçün həmin qüvvələrin boykot taktikası iflasa urayıb. Bu isə heç şübhəsiz ki, adını çəkdiyimiz düşərgədə məyusluq yaradıb. Radikallar hesab edirdilər ki, onların boykot taktikasına müxalifətin bütün cameəsi dəstək verəcək və bununla da beynəlxalq aləmdə Azərbaycanda keçiriləcək prezident seçkiləri barədə mənfi rəy formalaşdırmağa nail olacaqlar. Nəticə etibarilə dünya birliyi, beynəlxalq təşkilatlar 11 aprel seçkilərinin legitimliyini, onun nəticələrini tanımayacaqlar. Lakin göründüyü kimi radikal düşərgənin hər bir cəhdi kimi bu cəhdi də uğursuz alındı və heç bir nəticə əldə olunmadı. Ona görə də şübhə edilmir ki, radikallar səsvermə günü bütün imkanlarını, resurslarını hakimiyyətin namizədinin az səs almasına deyil, məhz müxalifət namizədlərinə qarşı yönəldəcəklər. Daha dəqiq desək, radikal düşərgə təmsilçilərinə verilən təlimat ondan ibarətdir ki, səsvermə günü seçki prosesinə qoşulmuş müxalifət namizədlərinin heç birinə səs verilməsin. Artıq sosial şəbəkələrdə bir müddətdir ki, bu antitəbliğatı müşahidə edirik. Hətta radikalların ağsaqqılı sayılan Cəmil Həsənli belə sosial şəbəkədə bu kimi qeyri-sivil mübarizə üsullarından istifadə edir. Qeyd edək ki, bu "praktika" radikal düşərgədə yeni deyil. Hələ 2005-ci ilin parlament seçkilərində bir neçə seçki dairədə namizədlərin müəyyən edilməsi məsələsində AXCP və Müsavat arasında mübahisə yarandığından və son nəticədə həmin dairədən müsavatçıların namizədliyi irəli sürüldüyündən Əli Kərimli müttəfiqlik prinsipini pozaraq səsvermə günü cəbhəçilərə Müsavatın namizədinə səs verməməyi tövsiyə etmişdi. Bütün bunlardan dolayı deyə bilərik ki, 11 aprel seçkiləri günü radikalların əsas mübarizəsi yenə də elə müxalifət namizədlərinə qarşı kampaniya aparmaq olacaq.

Bütün bunları nəzərə alaraq əminliklə deyə bilərik ki, budəfəki seçkilərin də qalibi məhz hakim Yeni Azərbaycan Partiyasının namizədi, cənab İlham Əliyev olacaq. Onu da qeyd etmək yerinə düşər ki, İlham Əliyevin seçkilərdə qələbəsini şərtləndirən amil heç də müxalif düşərgənin səslərinin parçalanması olmayacaq. İlham Əliyevin qələbəsini şərtləndirən əsas amil onun dövlət başçısı kimi 15 illik uğurlu fəaliyyəti, həyata keçirdiyi uğurlu daxili və xarici siyasət, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı davamlı addımlar olacaq. Ən əsası Azərbaycanın İlham Əliyevin rəhbərliyi altında sabitlik məkanına çevrilməsi hakim partiya namizədinin seçkilərdə qələbəsini təmin edəcək.

Ötən 15 il ərzində prezident İlham Əliyevin möhkəm siyasi qətiyyəti sayəsində Azərbaycan elə bir uğurlu iqtisadi inkişaf modeli seçib ki, bu gün həmin model dünyaya nümunə kimi göstərilir. Ölkədə bu illər ərzində həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız bütün sahələrdə uğurlara imza atıb. Ölkədə iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Azərbaycanın dövlət başçısının nümayiş etdirdiyi güclü siyasi iradə sayəsində respublikamızda yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Çox qısa müddətdə yoxsulluğun 50 faizdən 5 faizədək azaldılması böyük nailiyyətdir. Eyni zamanda, son 14 ildə respublika üzrə təxminən 1,9 milyon yeni iş yerinin yaradılması insanların sosial vəziyyətinin yaxşılaşmasında mühüm faktor qismində çıxış edir. Hazırda Azərbaycanda yoxsulluq qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağıdır. Ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə  ən yüksək səviyyəyə çatdırıb, BMT-nin İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupunda yer alıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan yüksək beynəlxalq nüfuza malik olan aktora çevrilib. Avrasiyanın mühüm geostrateji məntəqələrindən biri olan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə regional və beynəlxalq əməkdaşlığa, təhlükəsizliyə müstəsna töhfələr verir. Eyni zamanda, regional işbirliyi formatlarının yaranmasında Azərbaycanın yeri və rolu müstəsna əhəmiyyət kəsb edir. Ölkəmiz hazırda regionda sabitləşdirici aktor kimi çıxış edir.

Digər tərəfdən, öz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürən Azərbaycan beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim etməkdədir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər. Bununla yanaşı, Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir.

Bu baxımdan, Azərbaycanın mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi önəmi vurğulanmalıdır. Ötən illər ərzində ölkəmizdə siyasi, iqtisadi, humanitar, mədəni və idman xarakterli beynəlxalq tədbirlər keçirilib. Bunların sırasında Humanitar Forumları, sivilizasiyalar arasında dialoqa xidmət edən tədbirlər və s. qeyd etmək olar. Eləcə də, ölkəmizdə "Eurovision-2012", Birinci  Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula - 1 yarışları kimi, bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir.

Bütün bu amillər onu deməyə əsas verir ki, 11 aprel seçkilərində də Azərbaycan seçcilərinin mütləq əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi, Cənab İlham Əliyevə səs verməklə bu uğurların davam etməsini yolunu seçəcək.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31