Politoloq: "Ermənilər inkar edə bilmirlər, çünki bu vəhşiliyi ediblər”
“Erməni lobbisi Xocalı soyqırımının dünyada tanınması prosesinə mane olmaq istəyir. İnkar edə bilmirlər, çünki bu vəhşiliyi ediblər”. Bunu politoloq Elxan Şahinoğlu deyib.
2 Mart 2018 11:27 Siyasət"Erməni lobbisi Xocalı soyqırımının dünyada tanınması prosesinə mane olmaq istəyir. İnkar edə bilmirlər, çünki bu vəhşiliyi ediblər". Bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ancaq Xocalı soyqırımı ilə bağlı tədbirlərdən dərhal sonra beynəlxalq aləmə Sumqayıt hadisələrini xatırlatmaq istəyir və müxtəlif təxribatçı toplantılar təşkil edirlər: "Halbuki, Sumqayıt hadisələri də onların təhriki ilə baş verən təxribatdır. Biz də dünyaya bunu anlatmalıyıq ki, Sumqayıt hadisələri Moskvanın erməni separatçıları ilə birgə hazırladığı bir plan idi. Məqsəd iki xalq arasında nifaqı da gücləndirmək idi ki, dünyaya guya ermənilərlə azərbaycanlıların birgə yaşaya bilməyəcəyini və Dağlıq Qarabağöın də ermənilərə məxsusluğunu təlqin etmək idi".
Qeyd edək ki, Amerikadakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də həyata keçirilən, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.
Erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan (Toumajan) isə Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edərək, bu cinayətə öz aləmində haqq qazandırmaq üçün çox gülünc arqumentdən istifadə edib. Axı günahsız və dinc insanların, qadınların, körpə uşaqların, qocaların ölümünə necə haqq qazandırmaq olar? Sia.az