Prezident İlham Əliyev Xətaidə yanğın baş verən əraziyə gəldi
2 Mart 2018 11:23 SiyasətPrezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.
Prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokueoeun müavini Rüstəm Usubov da hadisə yerindədirlər və yanğın olan əraziyə baxış keçirirlər.
Hazırda polis əməkdaşları müəssisədə post qurub.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31