Məzahir Pənahov: "Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq"
Növbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.
6 Fevral 2018 16:47 SiyasətNövbədənkənar prezident seçkiləri ilə bağlı bütün məsələlərə diqqətlə yanaşmalıyıq. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, müxtəlif ölkələr imkan tapan kimi digər ölkələrin daxili işinə qarışmağa maraq göstərirlər.
MSK sədri qeyd edib ki, kütləvi informasiya vasitələri də fəal olmalı və hər bir məsələni həm cəmiyyətə, həm də dünya ictimaiyyətinin diqqətinə düzgün çatdırmalıdır: "Biz birlikdə çalışmalıyıq ki, bunun öhdəsindən gələk". Trend.az