Əflatun Amaşov: “Dövlətimiz və xalqımız hər zaman var olsun!”
“Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir”.
11 Yanvar 2018 11:06 Siyasət"Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir". "Olaylar" xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsinə dair Sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm göstəricisidir. Bu Sərəncam həmçinin birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətmiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz və xalqımız hər zaman var olsun!".