Ərdoğan-Putin görüşü 2 saat 10 dəqiqə çəkdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında təkbətək görüş başa çatıb.

azvision.az  xəbər verir ki, Soçidə baş tutan görüş 2 saat 10 dəqiqə davam edib.

Putin bildirib ki, Moskva-Ankara münasibətləri tam bərpa olunub. Rusiya liderinin sözlərinə görə, cari ilin 8-9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin tənəzzülündən sonra üç dəfədən çox artıb.

Ərdoğan isə deyib ki, Moskva və Ankara arasında siyasi, hərbi və iqtisadi-ticarət sahələrində münasibətlər inkişaf edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31