ABŞ diplomatlarını geri çağırdı: Səfirlik boşaldılır
30 Sentyabr 2017 10:51 SiyasətABŞ hökuməti Havanadakı səfirliyinin diplomatlarını ölkəyə geri çağırıb.
Publika.az xəbər verir ki, buna səbəb diplomatların kubalılar tərəfindən səs aparatları ilə hücumlara məruz qalmaları olub.
Kubalılar Amerika diplomatlarına səs aparatları ilə hücum edib və bunun nəticəsində onların səhhətində müxtəlif problemlər yaranıb.
Diplomatları qorumaq məqsədilə səfirliyi boşaldan Amerika hökuməti vətəndaşlarına Kubaya səyahət etməməyi tövsiyə edib. Çünki bənzər hadisə sadə vətəndaşlara qarşı da törədilib.
Vətəndaşlar heç bir səbəb olmadan eşitmə duyğusunu itirir, beyin sarsıntısı keçirir və ürəkbulanma, baş ağrısı kimi narahatlıqlardan şikayət edirlə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31