“Ondan iki dəfə istifadə etmək mümkün deyil” – Surət Hüseynova ən sərt təpki
4 Avqust 2017 09:28 Siyasət
"Surət Hüseynov danışmağa başlayıb".
Turkustan.info xəbər verir ki, sabiq baş nazir, 1993-ci il 4 iyunda ölkədə hərbi çevriliş həyata keçirən Surət Hüseynovun son günlər aktivləşməsinə Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının münasibəti çox sərt olub. Təşkilat sədri Facebook səhifəsində bunları yazıb:
"Surət Hüseynov danışmağa başlayıb. Öz qərarı ilə danışırsa , yaxşı olar ki, danışmasın. Azdan-çoxdan hörməti var , onu da itirəcək. Yox, sifarişlə danışırsa, özünü yormasın, sifariş verənlər də əziyyət çəkməsinlər, bir alətdən iki dəfə istifadə etmək mümkün deyil. Bir şeyə nail ola bilməyəcəklər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31