Ramil Usubovdan TƏZƏ XƏBƏR var
9 İyun 2017 11:06 SiyasətGəncə şəhər sakini Mikayılova Nuranə daxili işlər naziri Ramil Usubova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müracit edib.
Turkustan.info müraciətin mətnini olduğu kimi təqdim edir:
Yazıb sizə bildirirəm ki, 03.06.2017-ci il tarixində Gəncə şəhəri Nizami Gəncəvi küçəsi ilə şəhər mərkəzinə doğru piyada yolu ilə hərəkət edərkən Zabitlər evinin qarşısında, piyada keçidinə çatmamış yolun sağ tərəfindəki obyektlərdə təmir işləri ilə əlaqədar olaraq Qaldırıcı kran və Kamaz markalı avtomobilin işlədiyini və yola qum töküldüyünü gördüm. Bu səbəbdən məcburi olaraq qarşı yola keçməli oldum. Eyni zamanda həmin yol ilə hərəkət edən bütün piyadalar eyni formada yolu keçməli olurdular. Bu zaman isə həmin yola "nəzarət" edən Yol Polisi işçisi Həmidli Tural Şakir oğlu yalnız mənə yaxınlaşaraq qarşı tərəfə keçdiyim üçün yol hərəkəti qaydalarını pozduğumu bildirdi. Mən yolun bağlı olduğunu göstərdiyim zaman, mənə ya kranın altından təmir işi gedən yer ilə keçməyi, ya da avtomobil yolu ilə hərəkət etməli olduğumu bildirdi. Daha sonra isə, " narahat olma, telefon ilə cərimə yazmıram ki, sadəcə yoxlayıram daha əvvəl qayda pozuntsu yoxdursa güzəşt ediləcək " deyərək boş protokola ad soyadımı və ilk dəfə olduğu üçün bilmədim yazısı yazdırdı. Bundan sonra isə "sənin cərimən əslində 100 AZN-dir , ancaq ilk dəfə olduğu üçün 20 AZN yazdım"- deyərək 050395 nömrəli protokol tərtib etdi. Mən polisin hərəkətinə etirazımı bildirib, tərtib etdiyi protokoldan və təmir gedən yolda həyatımı təhlükəyə atıb avtomobil yolu ilə getməyə məcbur etdiyi üçün şikayət edəcəyimi bildirdim. Qarşılığında isə polis mənə təmir işlərinin Gəncə Şəhər İcra Hakimiyyətinə aid olduğunu və protokoldan deyil İcra Hakimiyyətindən şikayət etməyimi bildirdi.
Yuxarıda da göstərildiyi kimi , mən sağlamlığımı təhlükəyə ataraq təmir gedən yol ilə kranın altından keçib və ya avtomobil yolu ilə hərəkət edə bilməzdim, son zərurət olaraq yolu qarşı tərəfə keçməli oldum.
Xahiş edirəm həmin tarixdə qeyd etdiyim yolda təmir işlərinin olduğunu aydınlaşdıraraq, yolu məcburi keçməli olduğum üçün haqqımda tərtib edilmiş protokolun ləğvində köməklik göstərərdiniz. Eyni zamanda piyadalara düzgün və təhlükəsiz yol göstərmək yerinə, həyatlarını təhlükəyə ataraq avtomobil yolu ilə getməyə məcbur edən , polis işçisinə yaraşmayan hərəkət edərək insanları aldadıb boş protokola imza atdırıb daha sonra cərimə yazan və öz hərəkətinə haqq qazandırmaq üçün yolun bağlı olmasına görə Gəncə Şəhər İcra Hakimiyyətini günahlandıran Həmidli Tural Şakir oğlu barəsində İnzibati Cəza Tədbiri görməyinizi xahiş edirəm.
Göstərilənləri nəzərə alaraq barəmdə Həmidli Tural Şakir oğlu tərəifndən tərtib olunmuş İnzibati Tənbeh vermə haqqında TYP 050395 nömrəli 03.06.2017-ci il tarixli qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edirəm.
Əvvəlcədən göstərəcəyiniz köməklik üçün Sizə dərin minnətdarlığımı bildirirəm.
Nuranə Mikayılova.