“Şər qalaları” partladılacaq: ABŞ-a ŞOK XƏBƏRDARLIQ

Koreya Xalq Demokratik Respublikasının ordusu istənilən vaxt qitələrarası raketi sınaqdan keçirməyə hazırdır.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda hakim Koreya Əmək Partiyasının mətbu orqanı olan "Nodon Sinmun" qəzeti bildirib.

Nəşr qeyd edir ki, ordu yalnız respublikanın ali rəhbərliyinin əmrini gözləyir. Qəzet bildirir ki, Şimali Koreyada "Hwasong-12" və "Pukguksong-2" tipli strateji ballistik raketlərinin müvəffəqiyyətli sınaqları ölkənin gücünü nümayiş etdirir.

Bundan başqa, "Nodon Sinmun" iddia edir ki, Pxenyan "şər qalaları"nı partlada bilər.

"ABŞ dərk etməlidir ki, bu xəbərdarlıq boş söz deyil", - qəzet yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31