Millət vəkili: “AŞPA-da Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir" 

“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir. AŞPA-nın ədalətsiz olaraq Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı da bundan irəli gəlir”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan və Türkiyəyə qarşı qüvvələr fəaliyyət göstərir. AŞPA-nın ədalətsiz olaraq Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı da bundan irəli gəlir". Bunu millət vəkili Rövşən Rzayev deyib.

O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə dəfələrlə beynəlxalq təşkilatlarda haqsızlıq və ikili standartlarla qarşılaşıblar: "Buna baxmayaraq hər iki ölkə birlikdə həmin qurumlarda öz sözlərini deməlidir. Biz beynəlxalq təşkilatlarda fəaliyytəmizi davam etdirməli, öz mövqeyimizi ortaya qoymalıyıq. Bu gün də AŞPA-da qardaş Türkiyəyə qarşı qərəzli mövqe sərgilənməkdədir. Biz də öz mövqeyimizi, haqlı səsimizi oradan çatdırmalıyıq".

Deputat bildirib ki, dövlət başçısı İlham Əliyevin AŞPA-dakı uğurlu fəaliyyəti dövründən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi düzgün şəkildə bəyan olunub və AŞPA-nın münaqişə ilə bağlı qərarlarında ölkəmizin ərazi bütövlüyü təsbit olunub: "Bu, Azərbaycanın xarici siyasətinin qələbəsidir. Orada düşmən Ermənistan da var və biz onların qarayaxma kampaniyasının cavabını verməliyik. Azərbaycan dövləti öz mövqeyini mütləq şəkildə AŞPA-da nümayiş etdirməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31