İrəvan Bakı ilə görüşdən imtina etdi – TƏCİLİ

Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü olmayacaq.

Bu barədə informasiyanı "Qraparak" qəzeti özünün yayıb.

"Görüş olmayacaq. Bu barədə rəsmi şəkildə bildirilməyib. Erməni tərəfi bir neçə dəfə bu görüşün keçirilməsindən imtina edib", - deyə qəzetin mənbəsi bildirib.

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin Moskva görüşü 27 aprelə nəzərdə tutulmuşdu.

Azərbaycan XİN hələlik məsələ ilə bağlı açıqlama yaymayıb.(Axar.az )

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31