Le Pen qalib gəlir - Fransada prezident seçkiləri - FOTO

"Milli cəbhə" partiyasının sədri Marin Le Pen Fransada prezident seçkilərində səslərin 30 faizinin hesablanmasından sonra liderdir.

Trend-in "RİA Novsoti"yə istinadən verdiyi məlumata görə, Marin Le Pen səslərin 30 faizinin hesablanmasından sonra 24,78 faiz səs toplayıb. "İrəli" hərəkatının banisi Emmanuel Makron - 21,75 faiz, "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon - 19,65 faiz səs toplaya biliblər.

----------

22:37

"Milli cəbhə" partiyasının sədri Marin Le Pen və "İrəli" hərəkatının banisi Emmanuel Makron Fransada prezident seçkilərinin ilk turunda liderlik edirlər. "Respublikaçılar" partiyasından namizəd keçmiş baş nazir Fransua Fiyon isə bir qədər geri qalır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin ilk rəsmi məlumatında deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31