Azərbaycan separatçılarla bağlı bəyanat yaydı

Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb. XİN-dən  verilən məlumata görə, Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31