Stokholmda saxlanılan şəxs terror aktını İŞİD-in əmri ilə törətdiyini etiraf edib

Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib.

Terrorçu ifadəsində İŞİD  tərəfdarı olduğunu etiraf edib. "Suriyada bombardmanlara son qoyulmalıdır", deyə R.Akilov bildirib.
 
Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31