Misirdə kilsələrdə qan gölü: 44 ölü, 154 yaralı - YENİLƏNİB - FOTO

Bu gün Misirin Qərbiyə vilayətindəki Tanta şəhərindəki "Mar-Girgis" kilsəsində  və İsgədəriyyə şəhərində pravoslav kopt patriarxın iqamətgahlarından biri sayılan kislədə  bir neçə saat fərqi ilə iki terror partlayışı törədilib. Terror hücumlarının hədəfi Misirdəki kopt xristianlar idi.
Milli.Az bildirir ki, teraktlarda 44 nəfər həlak olub, 154 nəfər yaralanıb.

Misirin Səhiyyə Nazirliyinin az öncə yaydığı bəyanata görə, Tanta şəhərindəki teraktda 31 nəfər, İsgəndəriyyədə isə 13 nəər həlak olub.
Tantadakı partlayışda həlak olanların 9 nəfəri kopt keşişlərdir.

İsgəndəriyyədəki kilsədə əəsas hədəf Misirdəki kopt xristianların lideri, Patriarx 2-ci Tavadros idi. Partlayışda qurbanlar daha çox ola bilərdi. Lakin kilsənin önündə duran polis zabiti şübhəli görünüşlü şəxsi saxlayıb. Nəticədə "canlı bomba" özünü giriş qapısında partladıb. Polis zabiti də həlak olub. 2-ci Tavadros xəsarət almayıb.

21:24

İsgəndəriyyədə kilsədə törədilən partlayış nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb.

Misir hökuməti Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.

Videonu izləmək üçün şəklə klikləyin:

----------

18:20

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Misirin İsgəndəriyyə şəhərində kilsənin girişində törədilən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Videonu izləmək üçün şəklə klikləyin:

----------

16:09

Misirin ikinci böyük şəhər İsgəndəriyyədə kilsənin yanında partlayış qurbanlarının sayı 6-ya çatıb, 40 nəfər xəsarət alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu haqda Əl-Manar telekanalı xəbər verib.

Son məlumatlar əsasən, İsgəndəriyyədə Şuxada küçəsi yaxınlığında ikinci partlayış baş verib.

--------

15:46

Bu gün Misirdə daha bir kilsədə partlayış törədilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin "On-TV" telekanalın məlumat yayıb.
 
Partlayış İsgəndəriyyə şəhərindəki kilsədə törədilib. Partlayış nəticəsində ölən və yaralananlar var.
 
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsədə güclü partlayış törədilib, nəticədə 30 nəfər ölüb. Daha sonra Misir Daxili İşlər Nazirliyinin Tanta şəhərindəki təlim mərkəzində də partlayış törədilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31