Ərdoğan: “Niderland özünü “banan respublikası” kimi aparır”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Niderlandı "banan respublikası" adlandırıb.

Publika.az xəbər verir ki, diplomatik qalmaqalı şərh edən R.T.Ərdoğan Avropanı bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb: "Avropa nəyəsə etiraz etdimi? Yox. Niyə? Çünki onlar bir-birinin ətini yeməzlər. Niderland özünü "banan respublikası" kimi aparır".

Türkiyə prezidenti Avropadakı və digər ölkələrdəki bütün beynəlxalq təşkilatları Amsterdamla bağlı ölçü götürməyə çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31