Qarabağı qaytaracaq ADAMLAR, müharibənin başa çatacağı TARİX....

 
  • 7 Mart 2017 20:00
  • 5 184 Baxış
  •  
  •  
  •  
  •  
  •  

Rusiya Diplomatik Akademiyasında çıxış edən Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas şərti açıqlayıb. Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edib. Bu gün Türkiyə, ABŞ və Rusiya Baş qərargah rəisləri Türkiyənin Antalya şəhərində görüşüb. Koreya yarımadası ətrafında gərginlik artmaqdadır. Ukrayna prezidentinin məsləhətçisi Donbasda müharibənin başa çatacağı tarixi proqnozlaşdırıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycanın xarici siyasətinin əsas prioriteti olduğunu deyənAzərbaycanın Xarici İşlər naziri bildirib ki, münaqişənin bu günə kimi həll edilməməsi regionun inkişafına əsas maneədir.

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb.

 

Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışı zamanı Şimali Koreyanın raket buraxmasını da şərh edib. O, bunu təhlükəli tendensiya adlandırıb. Nazir söyləyib ki, Şimali Koreyanın raket texnologiyalarını inkişaf etdirməsi regionda yeni gərginlik dalğası yaradıb.

"Bu, Cənubi Koreya və Yaponiyanı narahat olmağa məcbur edir. BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın raket sınağını qınayan növbəti qətnaməni nəzərə alsaq, bu məsələyə digər tərəfdən yanaşıb daha qəti tədbirlər görmək lazımdır. İstənilən halda Pxenyandakı rəhbərliyə Nyu Yorkdan edilən xəbərdarlıqlar, eləcə də sanksiyalar təsir etmir".

Qeyd edək ki, Şimali Koreya sonuncu ballistik raket sınağını martın 6-da keçirib. Amerika məhz buna görə artıq THAAD raketdən müdafiə sistemlərini Cənubi Koreyada yerləşdirməyə başlayıb.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland bu həftənin sonu Azərbaycana səfər edəcək.Amerikalı həmsədr səfər çərçivəsində Azərbaycanda rəsmi şəxslərlə görüşlər keçirəcək.

ABŞ Mərkəzi Kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" beyin mərkəzi Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti və perspektivləri analiz edib. Mərkəz 2016-cı ildə "aprel döyüşü"nün parıltısının bu il də meydana çıxdığını yazıb.

"Bu münaqişə xarici oyunçudan - Rusiyadan asılıdır. Lakin regionda üstün mövqeyə malik olmasına baxmayaraq, Rusiyanın vasitəçiliyində ötən ildə heç bir irəliləyiş olmadı. "Aprel müharibəsi" bu il yenidən qayıdır və görünən odur ki, Ermənistan-Azərbaycan arasında hərbi toqquşmalar ehtimalı yüksək olaraq qalacaq". - məqalədə qeyd edilib.

Məqalədə "aprel müharibəsi" xatırlanır və qeyd olunur ki, Rusiya erməni müttəfiqlərini dəstəkləmədi və neytral mövqe tutdu: "Bununla həm də Bakının böyük azadlığa malik olması mesajı verilirdi".

"Stratfor" Rusiyanın Dağlıq Qarabağ münaqişəsində "Lavrov planı"nı tətbiq etmək arzusunda olduğuna diqqət çəkib.

 

ABŞ kəşfiyyatı Putinin Qarabağ PLANINI ORTAYA ÇIXARDI: bizi nə gözləyir? - DETALLAR

Putinin Qarabağ ssenarisi belə olacaq

 

Ermənistan prezidenti Serj Sarkisyanın Avropada Avropa Komissiyasının başçısı Donald Tusk və NATO-nun baş katibi yens Stoltenberqlə görüşü Rusiyada qəzəblə qarşılanıb.Rusiyalı ekspertlər bunu Sarkisyanın  Moskvaya şantajı kimi şərh ediblər.

Aktual İqtisadiyyat İnstitutunun direktoru Nikita İsayev Sarkisyanın fitnəkar siyasi oyun oynadığını deyib: "Ermənistan güman ki, Rusiyadan Dağlıq Qarabağ məsələsində daha dəqiq erməniyönümlü mövqe istəyir. Hansı ki, Moskva bunu edərsə, münaqişə zonasında böyük gərginlik yaranacaq".

 

Sarkisyanın hərəkəti Moskvanı özündən ÇIXARTDI: Putindən QARABAĞ CƏZASI

Rusiyada qəzəblə qarşılanıb

 

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Fransaya səfər edib. Səfər çərçivəsində o, Fransa prezidenti Fransua Olland, Senat sədri Jerar Larşe, Milli Assambleyanın sədri Klod Bartoloni və Paris meri Ann İdalqo Frankofoni beynəlxalq təşkilatının baş katibi Mikael Janla görüşəcək.

Sarkisyan həmçinin Liona baş çəkəcək və oranın meri Jerar Kolombi ilə görüşəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələrin aparılacağı gözlənilir.

Avrasiya İttifaqından çıxmadan Ermənistanı inkişaf gözləmir. Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Azad Demokratlar Partiyasının sədri Stepan Safaryan söyləyib.

"Ermənistan Avrasiya İttifaqında olduğu müddət ərzində nə təhlükəsizlik, nə Qarabağ konfilikti, nə də ki iqtisadi inkişafdan danışmaq olmaz. Avrasiya İttifaqına üzvlük ucbatından Ermənistan İrandan qaz ala bilmir, Gürcüstanla münasibətləri isə zərər görür. Bizə dedilər ki, əgər Avrasiya İttifaqının tərkibinə girməsək, müharibə olacaq. Nəticədə biz nə aldıq? Avrasiya İttifaqında bizə deyirlər ki, qul olun və əvəzində heç nə almayacaqsınız. Avropada isə çox şey edin, çox şey qazanın deyirlər. Bizim Avrasiya İttifaqından çıxmaqdan başqa yolumuz yoxdur. Yalnız belə olan halda ölkənin suverenliyini geri qaytarmaq olar", - o bildirib.

Türkiyə Baş qərargah rəisi Hulusi Akar, ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Baş qərargah rəisi Valeriy Gerasimov Türkiyənin Antalya şəhərində görüşüb.

Görüşdə Suriya və İraq başda olmaqla, regional təhlükəsizliklə əlaqədar məsələlər müzakirə edilib.

FETÖ şübhəlisi Şamil Topal Türkiyədə iyulun 15-də hərbi çevrilişə cəhd edən "Yurdda Sülh Konseyi" ilə əlaqədar şok bir iddia səsləndirib.

Şübhəlinin sözlərinə görə, alay komandiri polkovnik Turqut Çələbi "Yurdda Sülh Konseyi"nin başında Baş qərargah rəisi Hulusi Akarın olduğunu söyləyib.

Şamil Topalın sözlərinə görə, çevriliş cəhdinin olduğu iyulun 15-də növbətçi komandir onu telefonla zəng edərək işə çağırıb: "Rütbəli hərbiçilərlə toplantı keçirən Turqut Çələbi "Yurdda Sülh Konseyi"nin başında Baş qərargah rəisi Hulusi Akarın olduğunu söylədi. O, saat saat 03:00-də hərbi vəziyyətin, saat 06:00-da isə küçəyə çıxma qadağasının elan ediləcəyini söylədi".

ABŞ Cənubi Koreyada raket əleyhinə "THAAD" sistemlərinin quraşdırılmasına başlayır. "THAAD" sistemlərinin hissələri artıq Osan hərbi bazasına çatdırılıb. Raket əleyhinə sistemlərin quraşdırılması üzrə işlər iki ayadək davam edəcək.

Raket əleyhinə "THAAD" sistemlərinin Cənubi Koreyada yerləşdirilməsinə iyun-iyul aylarında başlanmalı idi. Lakin Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınaqları ABŞ və Cənubi Koreyanı prosesi sürətləndirməyə vadar edib.

Çin isə Cənubi Koreyada ABŞ-ın THAAD raketdən müdafiə sistemlərnin yerləşdirilməsini qəti şəkildə pisləyib. Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Gen Şuan söyləyib. O, Pekinin öz milli maraqlarını müdafiə etmək üçün lazımi addımlar atacağını bildirib.

Malayziya polisi paytaxt Kuala-Lumpurda yerləşən Koreya Xalq Demokratik Respublikasının səfirliyinin binasını möhürləyib. Bildirilir ki, polis tərəfindən mühasirəyə alınan səfirliyin işçilərinə binanı tərk etmək qadağan olunub. "Biz səfirliyin içəridəki bütün əməkdaşlarının şəxsiyyətlərini müəyyən etməyə çalışırıq", - nazir müavini qeyd edib.

Daha əvvəl isə Koreya Xalq Demokratik Respublikası Malaziya vətəndaşlarına ölkəni müvəqqəti tərk etməyi qadağan edib. Eyni addımı Şimali Koreyalılar barəsində Malayziya hökuməti atıb.

Malayziyanın baş naziri Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb. Həmçinin Malayziya hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının səfirini arzuolunmaz şəxs elan edib. Səfir ölkəni tərk edib.

Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın qardaşı Kim Çen Namın fevralın 13-də Kuala-Lumpur aeroportunda öldürülməsindən sonra pisləşib. Malayziya polisinin rəhbəri bildirib ki, cinayət işi ilə bağlı axtarılan Şimali Koreyanın üç vətəndaşı Koreya Xalq Demokratik Respublikasının səfirliyində gizlənir.

"2014-cü ildə Kiyev Krımı Rusiyaya satıb". Bu iddianı Ukraynanın birinci baş naziri Vitold Fokin "112 Ukrayna" telekanalına müsahibəsində səsləndirib.

"Ağlasığmaz versiyadır, amma sadəcə, Krımı satdılar. Bu versiyanı istisna etmək olmaz", - deyə Fokin bildirib.

O əlavə edib ki, Ukrayna paytaxtında 2014-cü ilin yazında təlaş və çaşqınlıq hökm sürürdü. Keçmiş hökumət başçısının sözlərinə görə, yarımada Rusiyaya birləşdirilməsəydi, Moskva Krımı həmişəlik itirərdi:

"Çünki bura amerikalılar gələrdilər. Amerika təyyarədaşıyanları Aralıq dənizinə girərək Dardanel və Bosfor boğazlarını keçmişdi".

Online.ua saytına müsahibəsində Ukrayna prezidentinin məsləhətçisi Yuri Biryukov Donbasda müharibənin daha 1,5-2 il davam edəcəyini proqnozlaşdırıb. "Mən heç bir informasiya malik deyiləm. Mənim hisslərimə görə, müharibə daha 1,5-2 il davam edəcək", - deyə Biryukov bildirib.

Onun fikrincə, işğal edilmiş ərazilərin Ukrayna tərkibinə reinteqrasiyası problemsiz keçə bilər. O, nümunə olaraq Şərqi və Qərbi Almaniyanın yenidən birləşməsini göstərib:

"Almaniya indiyə qədər hansı problemləri hiss edir? Problem yoxdur. Divarı yıxdılar və sərhədi götürdülər. Göstərməyə başladılar ki, normal yaşamaq olar".

Biryukovun fikrincə, işğal edilmiş ərazilərin reinteqrasiyası prosesində Ukraynanı gözləyəcək tək problem maliyyə çatışmazlığı ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31