Ermənilərlə işləyən QHT-lər hansılardır?
“Azərbaycanda bəzi QHT-lər ermənipərəst mövqe ona görə tutur ki, ermən QHT-ləri ilə birgə və ya onlarla koalisiyada layihələr həyata keçirir və onların bu layihələrdə iştirakı erməni tərəfinin iradəsindən asılıdır. Yəni "özünü yaxşı aparmasan" layihə ala bilməzsən”.
27 Fevral 2017 11:23 SiyasətSahib Məmmədov: "Verbovka olunanlar yalnız QHT nümayəndələri deyil"
"Azərbaycanda bəzi QHT-lər ermənipərəst mövqe ona görə tutur ki, ermən QHT-ləri ilə birgə və ya onlarla koalisiyada layihələr həyata keçirir və onların bu layihələrdə iştirakı erməni tərəfinin iradəsindən asılıdır. Yəni "özünü yaxşı aparmasan" layihə ala bilməzsən". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov çıxış edib. O, bildirib ki, bu cür halı alqışlamasa da, hələ o qədər də dəhşətli hesab etmir: "Baxmayaraq ki, bu layihələr də dövlətimizim maraqları əleyhinədir. Ən pis odur ki, Ermənilər Avropada yaratdığı təşkilatlar vasitəsi ilə bizim vətəndaş cəmiyyəti nümayəndələrini, həmçinin jurnalist və vəkilləri əvvəl təsir agentinə çevirir, daha sonra isə verbovka edirlər. Onlar belə halda dairədən çıxa bilmirlər. Əks halda şantaj üçün onlarda nə qədər desən matreal var. Ən pis odur ki, indi belə qarmağa keçənlər vicdanlı adamlara şər atır, onları hökumətə satılmaqda ittiham edir və s. Ondan da pisi odur ki, belələrinin bəzilərinə icazə verilib ki, bizim bəzi strukturlarla əməkdaşlıq etsinlər və beləliklə müdafiə "çətiri" altına düşsünlər. Onlar antiazərbaycan fəaliyyətlərinə bu yolla haqq qazandırırlar ki, bəs biz belə etməsək bizə oralarda inanmayacaqlar. Belələri hazırda Qarabağda bizə qarşı vuruşanlardan min dəflərlə təhlükəlidir. Daxili cəbhədən vurulan zərbə daha sarsıdıcı olur. Verbovka olunanlar yalnız QHT nümayəndələri deyil".