Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm
"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm". Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
31 Yanvar 2017 13:00 Siyasət"Moskvadakı danışıqların yekununu nikbinliklə qəbul edə bilmərəm". Bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
O qeyd edib ki, Rusiya üç ölkənin xarici işlər nazirləri səviyyəsində görüş təşkil etməyə çalışır: "Azərbaycan bu görüşə razılığını verib".
Nazir bildirib ki, fevralın 17-19-da Münhendə keçiriləcək Münhen Təhlükəsizlik Konfransında ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü planlaşdırılır.
Qeyd edək ki, yanvarın 24-də E.Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfəri çərçivəsində RF xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətraflı müzakirə olunub. Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qaldırılan məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb. Trend.az