Cocuq Mərcanlı ətrafında minalardan təmizləmə işləri aparılır

Prezident İlham Əiyevin Cocuq Mətcanlı kəndinin yenidən qurulması ilə əlaqədar imzaladığı sərəncam ölkə ictimaiyyətinə yeni nəfəs, yeni ruh verib. Ölkə ictimiyyəti tərəfindən rəğbərtlə qarşılanan bu sərəncam qaçqın və məcburi köçkünlər, xüsusən Cocuq Mərcanlı kəndindən olan köçkünlər üçün göydəndüşmə olub.

İlham Əliyev: "Biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq"
 

Prezident İlham Əiyevin Cocuq Mətcanlı kəndinin yenidən qurulması ilə əlaqədar imzaladığı sərəncam ölkə ictimaiyyətinə yeni nəfəs, yeni ruh verib. Ölkə ictimiyyəti tərəfindən rəğbərtlə qarşılanan bu sərəncam qaçqın və məcburi köçkünlər, xüsusən Cocuq Mərcanlı kəndindən olan köçkünlər üçün göydəndüşmə olub. Artıq sözügedən kənd sakinləri öz doğmam yurdlarına qayıtmaq üçün müraciət ediblər. Düzdür, öz dədə-baba torpaqlarından didərgin düşən soydaşlarımız heç vaxt döğma yerd-yuvalarına qayıtmaqdan yayınmayıblar, əksinə illərlədir bu arzu ilə yaşayırlar. Amma dövlət başçısının imzaladığı sərəncamdan sonra özlərini daha təhlükəsiz və arxalı hesab edirlər. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı imzalanmış sərncamı tarixi hadisə adlandırıb: "Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncam imzalanıb. Bu layihənin icrası çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir". Dövlət başçısı bildirib: "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbrsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq". Bu isə onun göstəricisidir ki, vaxtlə dövlət rəsmiləri təsadüfən bəyan etmənişdi ki, Azərbaycan "qayıdış" proqramı hazırdır. Xatırladaq ki, dövlət başçısının sərəncamının mürəkkəbi qurumamış artıq qayıdışla bağlı hazırlıq işlərinə start verilib. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun sədrliyi ilə Nazirlər Kabinetinin müvafiq şöbəsinin, Milli Məclisin deputatlarının, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçılarının və müavinlərinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Dövlətqaçqınkomun əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib. Müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Fərmanından və "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" 2017-ci il 24 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə icrasının təmin edilməsi məqsədilə ətraflı fikir mübadiləsi aparılıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin başçısı tərəfindən imzalanmış hər iki sənədin böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı bu Fərman və Sərəncamı məcburi köçkünlərə olan diqqət və qayğı ilə bərabər, həm də çoxdan gözlənilən böyük qayıdışın başlanğıcı kimi dəyərləndirib. Vurğulayıb ki, Prezident ötən ilin aprelində xalqımıza qələbə sevincini, bu ilin əvvəlində isə doğma yurda qayıdışın qürur dolu hisslərini yaşatdı.Əli Həsənov qeyd edib ki, Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncamı xalqımız, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Bu qərar bütün beynəlxalq aləmə səs salıb. Sənəd Azərbaycanın bütün vətəndaşlarında, ordumuzda böyük ruh yüksəkliyi yaradıb. Əgər dövlətimizin başçısı, Ali Baş Komandan tərəfindən əmr verilərsə, Azərbaycan Ordusu tarixi torpaqlarımız olan İrəvana qədər gedib çıxar. Bu ruh yüksəkliyi Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən Horadiz əməliyyatı zamanı da mövcud idi. Prezident İlham Əliyev sözügedən müşavirədə qeyd edib ki, hazırda minalardan təmizləmə işləri aparılır: "Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm ki, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir". Yeri gəlmişkən Cocuq Mərcanlı kəndində tikinti-quruculuq işlərinə başlanılması Azərbayvanın haqq səsinin büynəlxalq ictimaiyyətə çatdırılmasında bir vasitə rolunu oynayacaq. İşğaldan azad edilmiş ərazilərə səfər edən beynəlxalq ictimaiyyətin nümayəndələri erməni vandalizminin dəhşətlərini öz gözləri ilə görmək üçün imkan əldə edəcəklər. Dövlət başçısı deyib ki, indi digər işğal edilmiş torpaqlara erməni işğalçıları beynəlxalq müşahidəçiləri buraxmırlar: "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Niyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə qeyd etdiyim kimi infrastruktur - yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq". Bəli, ermənilər anlamalıdırlar ki, gec-tez işğal altında olan torpaqlarımız düşmənlrdən təmizlənəcək, qaçqın və məcburi köçkünlər el-obalarına qayıdacaqlar. Amma yaxşı olardı ki, bu qayıdış insan itkisi ilə deyil, sülh yolu ilə əldə olunsun. Necə ki, Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bildirib ki, biz erməni analarının gözüyaşlı qalmasını istəmirik. Ancaq Ermənistanın siyasi rəhbərliyi bunlardan nəticə çıxarmırdılar. Azərbaycanlıların qanı üzərində hakimiyyətə gələn o cinayətkar rejim elə düşünür ki, himayədarları sona qədər onların arxalarında duracaq, bu cinayətkar rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib çatıb və onları dəstəkləyənlər artıq geri çəkilirlər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31