Ermənilər təşviş içində

Artıq bir neçə gündür ki, Ermənistan cəmiyyəti ciddi təşviş içərisindədir. İstər ölkənin rəsmi və qeyri-rəsmi mətbu orqanları, internet portalları, istərsə də sosial şəbəkələrdə yer alan məlumatlar, status və rəylərdən bunu açıq görmək mümkündür Aparılan müşahidələr, KİV-lərdə dərc edilən materiallardan gəlinən qənaət ondan ibarətdir ki, bu günlərdə bütün Ermənistan cəmiyyətinin diqqəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir neçə gün əvvəl Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması ilə bağlı imzalamış olduğu sərəncama yönəlib.

İşğalçı ölkə Azərbaycan Prezidentinin sərəncamının Böyüş Qayıdışın başlanğıcına çevriləcəyindən ehtiyatlanır

Artıq bir neçə gündür ki, Ermənistan cəmiyyəti ciddi təşviş içərisindədir. İstər ölkənin rəsmi və qeyri-rəsmi mətbu orqanları, internet portalları, istərsə də sosial şəbəkələrdə yer alan məlumatlar, status və rəylərdən bunu açıq görmək mümkündür Aparılan müşahidələr, KİV-lərdə dərc edilən materiallardan gəlinən qənaət ondan ibarətdir ki, bu günlərdə bütün Ermənistan cəmiyyətinin diqqəti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bir neçə gün əvvəl Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması ilə bağlı imzalamış olduğu sərəncama yönəlib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidentinin imzaladığı məlum sərəncam əsasında Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində bərpa işlərinin aparılması məqsədilə ilkin mərhələdə 4 milyon manat vəsait ayrılıb. Həmin vəsait hesabına Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 yaşayış evi, məktəb binası, səhiyyə ocağı, eləcə də digər vacib iaşə obyektlərinin yaradılması nəzərdə tutulur.

Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycan Prezidentinin məlum sərəncamı Ermənistanda ciddi təşviş yaradıb. Bu təşviş daha çox sadə ermənilər, eləcə də işğal altında olan Azərbaycan ərazilərinə yerləşdirilmiş insanlar arasında özünü göstərir. Həmçinin rəsmi dairələrdə də Azərbaycan Prezidentinin məlum sərəncamı heç də normal qarşılanmayıb və müəyyən narahatçılığa səbəbə olub. Düzdür, rəsmi dairələr bunu büruzə vermək istəməsələr də, ancaq hakimiyyətin Azərbaycan dövlət başçısının Cocuq Mərcanlə kəndi barədə imzalamış olduğu sərəncamdan ehtiyat etdiyi göz qabağındadır. Nədən ki, Azərbaycan dövlət başçısı qeyd edilən sərəncamla əslində Sərkisyan hakimiyyətinə bir neçə istiqamətdən zərbə vurmuş oldu. Ən əsası Azərbaycan Prezidenti erməni həmkarından fərqli olaraq söylədiyi fikirlərinin arxasında real iş dayandığını həm Serj Sərkisyana, həm də erməni xalqına çatdırmış oldu. Ermənistan hakimiyyəti və xalqı bir daha əmin oldu ki, Azərbaycan Prezidentinin "İşğal edilmiş ərazilərimiz azad olunacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq" bəyanatı heç də gəlişi xoş sözlər deyildi. Bu bəyanatı əməldə sübuta yetirən, onu reallaşdıra bilən güclü dövlət başçısı və onun rəhbərlik etdiyi Silahlı Qüvvələr var. Necə ki, hər iki qüvvənin qətiyyəti, gücünün ermənilər keçən ilin aprel ayında canlı şahidi oldular. Cəmi 4 gün ərzində illərlə özündə məğlubedilməz imici formalaşdıran Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz duruma düşdü, uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərindən bircə həmlədə geri çəkildi. Və bu uzun illərdən sonra Azərbaycanın işğalçı Ermənistana verdiyi ilk dərs oldu. Bu dərsdən həm Sərkisyan hakimiyyəti, həm də sadə erməni xalqı müəyyən mənada nəticə də çıxardı. Təsadüfi deyil ki, məhz aprel döyüşlərindən sonra işğal altında

olan Azərbaycan ərazilərindən zorla yerləşdirilmiş yüzlərlə erməni ailəsi həmin əraziləri tərk etməyə başladı. Hətta hakimiyyətin müəyyən manevrləri də ermənilər Azərbaycan ərazilərini tərk etmək inadından döndərə bilmədi. Məlumat üçün qeyd edək ki, Ermənustan prezidenti Serj Sərkisyan aprel döyüşlərindən sonra işğal edilmiş ərazilərə gələrək oradakı separatçı rejimin hərbiçiləri, həmçinin sadə ermənilərlə görüşərək onların təhlükəsizliyinə zəmanət vermişdi. Hətta işğalçı ölkə prezidenti bir qədər də irəli gedərək Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi strateji yüksəkliklərin geri alınacağını da sərsəmləmişdi. Amma sadə erməniər həqiqətən də bunun bir sərsəmləmə olduğunun fərqində idilər. Elə bu səbəbdən idi ki, aprel döyüşlərindən keçən müddət ərzində işğal altında olan ərazilərdə yaşayan ermənilərdən 1000 nəfərdən artığının Rusiya və Avropa ölkələrinə üz tutduğu bildirilir.

İndi də anoloji vəziyyət müşahidə edilir. Bu dəfə isə işğal altında olan ərazilərdən daha geniş miqyaslı köç müşahidə edilməkdədir. Səbəb qeyd etdiyimiz kimi Azərbaycan Prezidentinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa edilməsi ilə bağlı imzaladığı sərəncamdır. İndi təkcə işğal altında zorla yerləşdirilmiş ermənilər deyil, həmçinin paytaxt İrəvanda yaşayan ermənilər də təlaş, qorxu içindədirlər. Zamanında Azərbaycan hakimiyyəti, onun Prezidentinin bəyanatları, xəbərdarlıqlarından nəticə çıxarmayan Sərkisyan hakimiyyətinin xətaları səbəbindən Azərbaycanın qısa zamanda anoloji addımları Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa və Laçınla bağlı atacağı artıq ermənilərdə bir xof kimi formalaşıb. Azərbaycan Prezidentinin məlum sərəncamı bir növ Ermənistan hakimiyyəti və xalqı üçün ikinci bir dərsdir. Əslndə Azəebaycanın aprel dərsindən sadə ermənilər nəticə çıxarıblar desək, yanılmarıq. Belə ki, ermənilərin əksəriyyətinin artıq sülh prosesinə maraqlı olması, bu məqsədlə yaradılan platformaya meyillənməsi deyilənlərin təsdiqidir. Amma, Sərkisyan hakimiyyəti nədənsə hələ də bu dərsdən nəticə çıxarmaq istəmir. Amma cərəyan edən proseslər onu deməyə əsas verir ki, Ermənistan prezidenti üçüncü, sonuncu bir dərs arzusundadır. Bu dərsi isə ona elə erməni xalqı özü verəcək. Həmin dərs isə heç də uzaqda deyil, bu ilin aprel ayında olacaq. Belə ki, aprel ayında keçiriləcək parlament seçkilərində ermənilərin mütləq əksəriyyətinin hakim Respublika Partiyasının əleyhinə səs verəcəyi qaçılmazdır. Səbəb isə müxtəlifdir.

Birincisi, Serj Sərkisyanın hakimiyyəti dövründə Ermənistanda iqtisadi və sosial vəziyyət daha da ağırlaşıb. Əhalinin yoxsulluq səviyyəsi əvvəlki ildən-ilə artıb. Ölkədə mövcud olan ağır iqtisadi durum sadə ermənilərin qazanc, bir tikə çörək dalınca xarici ölkələrə üz tutmasına səbəb olub. Qeyri-rəsmi məlumatlara görə, təkcə Sərkisyanın hakimiyyəti dövründə 300 min erməni Rusiya Federasiyası və Avropa ölkələrinə gedib. Bu amil sadə ermənilər arasında Serj Sərkisyana olan nifrəti artırıb

İkincisi, ölkə hərbi cəhətdən uğursuzluqlarla qarşılaşıb. İllərlə özünün məğlubedilməz imicini formalaşdıran Ermənistan ordusu cəmi 4 gün içərisində nə qədər gücsüz, zəif olduğunu ortaya qoydu. Bundan başqa ermənilərə aprel

döyüşlərində itirilmiş ərazilərin geri qaytarılacağı ümidini verən Serj Sərkisyan ötən müddət ərzində Ali Baş Komandan kimi buna nail ola bilmədi. Əksinə ötən müdfət ərzində hər dəfə Ermənistan ordusu cəbhədə təxribat xarakterli addımlar atarkən daha ciddi itgilərlə qarşılaşdı.

Nəhayət, sonuncu ən əsas amillərdən biri qeyd etdiyimi kimi Azərbaycan Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalamış olduğu sərəncamdır. Artıq erməni xalqı aydın şəkildə dərk edir ki, mübarizə meydanında güclü tərəf Azərbaycan və onun dövlət başçısı, Ali Baş Komandanıdır. Ermənilər artıq bir həqiqəti dərk edirlər. Əgər bu gün Azərbaycan Prezidenti Cocuq Mərcanlının bərpası ilə bağlı sərəncam imzalayırsa, sabah anoloji addım digər işğal altında olan ərazilərimizlə bağlı atıla bilər. Həmin sərəncamalrın imzalanması isə işğal altında olan ərazilərimizin geri qaytarılmasından keçir. Aydın məsələdir ki, Sərkisyan hakimiyyəti sülh yolu ilə işğal altında olan Azərbaycan ərazilərini geri qaytarmaq niyyətində deyil. O halda, alternativ variant hərbi əməliyyatlardır. Cəbhədə genişmiqyaslı hərbi əməliyyatların başlaması isə Ermənistanın aprel uğursuzluğundan daha pis nəticələrlə üzləşməsi deməkdir. Bu yüzlərlə, minlərlə sadə, günahsız erməninin Sərksiyanın mənasız mübarizəsinin qurbanına çevrilməkdir. Erməni xalqı isə Serjin bu mübarizəsinin qurbanı olmaq istəmir. Ona görə də tezliklə ondan canını qurtarmaq niyyətindədir. Bunun isə indiki vəziyyətdə ən optimal variantı aprel ayında keçiriləcək parlament seçkiləri və həmin seçkilərdə Respublika Partiyasına "yox" deməkdir. Və, tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin son sərəncamı erməni cəmiyyətində ciddi təşviş və xof yaratdığı üçün erməni xalqı aprel seçkiiərində Serj Sərkisyana yeni bir şans verməyəcək.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldam azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzalamış olduğu sərəncam işğalçı ölkəyə, xüsusilə Sərksiyan hakimiyyətinə bir neçə cinahdan vurulmuş zərbə effekti yaradıb. Bu sərəncam bir tərəfdən Ermənistan cəmiyyətində qorxu hissini birə-beş artırıb, digər tərəfdən Sərkisyan hakimiyyətinə olan etimadı, inamı daha da azaldıb. Hətta Sərkisyanın kreslosunu laxladıb desək yanılmarıq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31