Beyinləri "Böyük Ermənistan" xülyası ilə zəhərlənmiş erməniləri qonşularla dinc yanaşı yaşamaq düşündürmür
Son vaxtlar Sərkisyan hakimiyyətindən bezərək xarici ölkələrə, eləcə də Azərbaycana üz tutan ermənilərin sayı artmaqdadır. Artıq son iki-üç ay ərzində onlarla erməninin Azərbaycana gələrək burada yaşamaq istədiyi barədə məlumat verilib. Kimisi ermənilərin bu istəyini məqbul hesab edir, kimisi isə onların Azərbaycana gələrək burada yaşamasına qarşı çıxır. Bəzi parlamentarilər hesab edirlər ki, ermənilərin Azərbaycana gələrək buradan Ermənistan hakimiyyətinin əleyhinə bəyanatlar verməsi, Sərkisyan rejiminin iç üzünü açması Azərbaycanın maraqlarına uyğundur. Elə millət vəkili Zahid Oruc da bu qənaətdədir. Amma parlamentarinin məlum fikirləri bəzi siyasilər, ekspertlər tərəfindən heç də məqbul hesab edilməyib.
30 Yanvar 2017 15:13 SiyasətSon vaxtlar Sərkisyan hakimiyyətindən bezərək xarici ölkələrə, eləcə də Azərbaycana üz tutan ermənilərin sayı artmaqdadır. Artıq son iki-üç ay ərzində onlarla erməninin Azərbaycana gələrək burada yaşamaq istədiyi barədə məlumat verilib. Kimisi ermənilərin bu istəyini məqbul hesab edir, kimisi isə onların Azərbaycana gələrək burada yaşamasına qarşı çıxır. Bəzi parlamentarilər hesab edirlər ki, ermənilərin Azərbaycana gələrək buradan Ermənistan hakimiyyətinin əleyhinə bəyanatlar verməsi, Sərkisyan rejiminin iç üzünü açması Azərbaycanın maraqlarına uyğundur. Elə millət vəkili Zahid Oruc da bu qənaətdədir. Amma parlamentarinin məlum fikirləri bəzi siyasilər, ekspertlər tərəfindən heç də məqbul hesab edilməyib.
Müstəqil ekspert Rövşən Məmmədli isə hesab edir ki, 5-6 erməninin Bakıya gəlib bizə sərf edən bəyanatı imzalaması hələ hər şey deyil. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri İrəvana elə köklənməyib ki, onları bu kökdən asanlıqla ayırmaq mümkün olsun: "Əgər 5-10 erməni tapılıb bu fikrə düşərsə, xüsusi erməni qurumları elə anındaca onlara ya aradan götürər, ya da dərsini elə verərlər ki, birdə bu fikrə düşməzlər. Millət vəkili Zahid Orucun alman faşistləri ilə ermənilər arasında apardığı bənzətmələr də reallıqdan çox uzaqdır. Təkcə bir faktı deyək. Almanlar işğal etdikləri ərazilərdə dinc əhaliyə toxunmurdular, şəhərləri dağıtmır. abidələri yer üzündən silmirdilər. Qəbirstanlıqları vandalizmə məruz qoymurdular. Yalnız kommunist təbliğatı aparanları, silahlanıb onlara qarşı çıxanları qətlə yetirir. Xüsusilə, yəhudiləri ya qırır, ya da əsir edib aparırdılar. Ermənilər isə işğal etdikləri ərazidə dinc insanları, körpələri, yaşlıları, xəstələri, qadınları xüsusi amansızlıqla qətlə yetirirdilər. Qıra bilmədiklərini isə qaçmağa vadar edir, şəhərləri, kəndləri xaraba qoyur, Azərbaycanın tarixi abidələrini yer üzündən silir, qəbirstanlıqları məhv edir, yer-yurd adlarını dəyişərək buranı "qədim erməni torpaqları adlandırırlar. Ermənilər bizim torpaqları işğal edib. bizi müstəmləkəyə çevirmirlər. Onlar bizi qirib türksüz "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayırlar və bu demək olar ki, bütün ermənilərə xas xüsusiyyətdir. Zahid Oruc məgər bilmir ki, ermənilər Azərbaycanın tarixi torpaqlarını hər fürsətdə ələ keçirir, sonra isə bizimlə "dost əlaqələri quraraq ələ keçirdikləri torpaqları həzm edirlər. Öncə Eçmiəzdin, sonra İrəvan, Vedibasar, Zəngəzur, Göyçə, Dərələtəz, Dağ Borçalı, indi də Qarabağ və onun ətraf bölgələri. 100 il bundan öncə də belə olub, indi də belədir. Elə yüz il bundan sonra da belə olacaq. Fürsət düşən kimi ermənilər içlərində gizlətdikləri faşist xislətlərini ortaya qoyub bizə qarşı eyni addımları atacaqlar. Odur ki.həmişəki kimi indi də ermənilərin yalan dostluq hərkətlərinə aldanıb daha da uduzmayaq. Sadə xalq bizim oxumuşlarımızdan, ziyalılarımızdan daha yaxşı tanıyır ermənini". Ekspert bildirib ki, bu gün ermənilər Serj Sərkisyanı söyürlər, ona narazılıq edirlər, ancaq bunu ona görə etmirlər ki, o Ermənistanı pis vəziyyətə salıb: "Ona görə söyürlər ki, o, artıq bəzi sahələrdə Azərbaycana uduzur və belə getsə Qarabağ ermənilərin əlindən çıxa bilər. Serj Sərkisyana qarşı olan bütün etirazların mayasında məhz bu durur. O ki, aaldı bizim erməniləri "ödürməyəcəyimizə", bunu ermənilər bizdən yaxşı bilirlər. Çünki Türk heç zaman dinc insanı.qadını, uşağı, yaşlını,xəstəni öldürməyib, öldürməz də. Türk üzbəüz vuruşduğu erməni əsgərini öldürər ki, bu da bütün dünya tərəfindən qəbul edilmiş reallıqdır. Dağlıq Qarabağ erməniləri əgər bu gün doğurdanda İrəvana qarşı çıxıb Ermənistan qoşunlarını Dağlıq Qarabağdan qovsalar və Azərbaycanın hakimiyyətinə tabe olsalar, sabahı Azərbaycan dövləti Dağlıq Qarabağ ermənilərinə öz vətəndaşları kimi lazım olan bütün qayğıları göstərər, başqa bölgələrdəki vətəndaşlarımız kimi onlar da bütün hüquq və azadlıqlara malik olarlar..Xalqımızda bunu normal qarşılayar.. Ancaq beyinləri "Böyük Ermənistan" xülyası ilə zəhərlənmiş erməniləri qonşularla dinc yanaşı yaşamaq düşündürmür. Hər bir halda Bakı bəyannəməsi artıq qəbul olunub. Görək nəticəsi necə olacaq. Ancaq buna aldanmaq olmaz. Nə qədər ki, Azərbaycanın 20 faiz torpağı erməni işğalındadır, ermənlərin şirin dilinə, göz yaşına,yalanına inanmaq olmaz. Torpaqlarımızı qaytarsınlar, Konstitusiyamızı qəbul edib hakimiyyətimizə tabe olsunlar. sonra buyursunlar Azərbaycan vətəndaşı kimi yenə öz layiqli yerlərini tutsunlar. Xalqımızın erməniyə nifrəti yoxdur, xalqımızın erməni faşizminə, .erməni xislətinə, məkirinə, yalanına nifrəti var və bu nifrət də haqlıdır".
Füzuli