Sərəncam hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir

“Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bir başlanğıc, eyni zamanda hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir”. Bunu politoloq Fikrət Sadıqov deyib.   

"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamı bir başlanğıc, eyni zamanda hazırki şəraitdə mühüm siyasi addım kimi qiymətləndirilməlidir". Bunu politoloq Fikrət Sadıqov deyib.   

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ötən ilin aprel ayında Azərbaycan Ordusunu qələbəsi nəticəsində geri qaytarıldığını xatırladan politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı sərəncam tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına hesablanıb: "Sərəncama əsasən həmin ərazidə abadlaşma işləri həyata keçiriləcək, təhlükəsizlik təmin ediləcək ki, əvvəllər orada yaşayan insanlar yenidən torpaqlarına qayıdaraq  yüksək şəraitdə yaşaya bilsinlər".   

Politoloq qeyd edib ki, sərəncam bir daha onu sübut edir ki, Azərbaycan bundan sonra da azad olunan hər bir kəndə, rayona yardımlar edəcək, orada yaşayan insanların həyat şəraiti əvvəlkindən də yaxşı olacaq, və təhlükəsizlik yüksək səviyyədə qorunacaq: "Bu siyasət bundan sonra da davamlı olacaq. Ölkə başçısının sərəncamını bir başlanğıc, ilk addım kimi qiymətləndirmək olar. Hazırki şəraitdə imzalanan sərəncam çox mühüm və vacibdir". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31