Azərbaycandakı “nurçular” təşviş içində

Onların zərərsizləşdirilməsi prosesinə hər an start verilə bilər

Onların zərərsizləşdirilməsi prosesinə hər an start verilə bilər

Türkiyədə 15 iyul hərbi çevrilişə cəhdin qarşısı alındıqdan sonra bu olayın əsas fiqurlarının zərəsizləşdirilməsi prosesinə start verilib. Artıq bu ölkənin müxtəlif dövlət və özəl qurumlarına yerləşdirilmiş on minlərlə insan tutduğu vəzifədən azad edilib. Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib. Bu isə o deməkdir ki, Türkiyədə baş tutmayan dövlət çevrilişindən sonra Nurçu təriqəti ilə əlaqəli olan minlərlə insan dövlət idarəçilyindən, güç struktirlarından və hüquq-mühafizə orqanlarından uzaqlaşdırılıb. Hazırda hakimiyyət orqanlarının "gülənçilər"dən təmizlənmə prosesi davam edir. Yeri gəlmişkən qeyd edək ki, bu proses təkcə Türkiyədə deyil, bir sıra ölkələrdə də həyata keçirilməkdədir. Məlumat üçün bildirək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş cəhdini birbaşa "gülənçi"lərə bağlayıb. Üstəlik strateji müttəfiq hesab etdiyi ölkələrə analoji prosesin aparılması üçün çağırış edib. Artıq Gürcüstan da daxil olmaqla bir sıra ölkələrdə Fətullah Gülənə bağlı məktəblərin qapadılması təmin edilməkdədir. Hansı ki, vaxtilə Gülənin çağırışı ilə türk biznesmenləri Azərbaycandan, Qazaxıstandan tutmuş Kambocayacan, Amerikadan tutmuş İraqa, Şimali Afrikaya qədər türk məktəbləri açmışdılar. Türkiyədə 15 iyulda hərbi çevrilişə cəhdin qarşısının alınması, bu hadisənin fəal fiqurlarının zərərsizləşdirilməsi, həbslərin hələ də davam etməsi Azərbaycandakı "gülən şəbəkəsi"ni təşvişə salıb. Məlumata görə, Fətullah Gülənin Azərbaycandakı dəstəkçiləri onlara qarşı da əməliyyat keçirilə biləcəyini ehtimal edirlər və bundan çox narahatdırlar. Əslində, Azərbaycanda da "hizmət hərəkatı" ilə əlaqəli şəxslərin zərəsizləşdirilməsinə ehtiyac duyulur. Çünki Azərbaycandakı "nurçu şəbəkəsi" üzvlərinin dövlət və özəl sektora köklü şəkildə sarmaşdıqları iddia edilir. Dolaşan məlumata görə, Azərbaycan parlamentində 20-yə yaxın millət vəkili Fətullah Gülənin "hizmət hərəkatı" ilə əlaqəlidir. Onlar qara mühasibatlıqda və ya kimlərdənsə maliyyə almaqda ittiham olunurlar. Adları "Gülən camaatı" ilə əlaqələndirilən millət vəkillərinin əksəriyyətinin təhsil sektorunda cəmləşdikləri iddia olunur. Məsələ orasındadır ki, hələ bir müddət öncə Azərbaycanda "nurçulara" bağlılığı ilə ad çıxarmış xeyli sayda məktəblər qapadılıb. Hansı ki, həmin məktəblər hazırlıq kursları adı ilə tanınsalar da gənc nəslin əqidəsində ciddi dəyişiklik aparmaq imkanına malik idilər. Qeyd edək ki, hələ bir neçə il əvvəl Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın rəsmi Bakıya Azərbaycan hökumətində təmsil olunan "gülənçi"lərin siyahısını təqdim etdiyi iddia olunurdu. Bundan sonra Azərbaycanda "nurçu qalmaqalı" kimi yadda qalan hadisələr baş verdi. "Gülən şəbəkəsi"nin Azərbaycan hökumətindəki əsas üzvləri hesab edilən, dini qurum və gənclər təşkilatlarında təmsil olunan şəxslər vəzifədın kənarlaşdırıldılar. Artıq onların adları cəmiyyətin hər bir üzvünə bəlliddir. Yayılan məlumata görə, "nurçu şəbəkəsinin" üzvləri hesab olunan şəxslər daha çox təhsil sektorunda özlərinə yer edə biliblər. Bu şəbəkə o dərəcədə genişlənə bilib ki, hətta Azərbaycan vətəndaşı olan "gülənçilərə" müxtəlif ölkələrdəki Fətulla Gülən camaatına məxsus məktəblərdə çalışmasına şərait yaradılır. Xatırladaq ki, Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində həlak olmuş Azərbaycan vətəndaşı Kəmalə İsmayılova və onun həyat yoldaşı Əflatun İsmayılovun nurçu təriqətinə qulluq etdikləri üzə çıxmışdı. Bu isə o anlama gəlir ki, baxmayaraq ki, Azərbaycan nurçular üçün münbit ərazi deyil, lakin ölkəmizdə də hizməti dəstəkləyən kifayət qədər insan var. Ancaq Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət əminliklə deməyə əsas verir ki, məqamı gəldikdə bütün "gülənçilər" zərəsizləşdirilərərək cəmiyyətin yad ünsürlərdən təmizlənməsinə nal olunacaq. Əks halda bəzi qüvvələrin həmin zərəli ünsürlərin Azərbaycana idxalı məsələsi könlündən keçə bilər. Yeri gəlmişkən qeyd edək ki, səslənən bu ehtimalın reallığa çevrilməsi üçün cəhd göstərənləri çıraqla axtarmağa ehtiyac qalmır. Çünki Türkiyə hökumətinin "nurçulara" qarşı yürütdüyü siyasət hazırkı formada davam edərsə, Gülən tərəfdarlarının ümumiyyətlə ölkəni tərk edəcəyi istisna deyil. Nurçuların kifayət qədər möhkəm olduğu ölkələrdən birinin də Azərbaycan olduğunu nəzərə alcaq Türkiyədə iş yerlərini itirənlərin Azərbaycana üz tutması real görünür. Belə halda qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi vacib və təxirəsalınmaz məsələyə çevrilir. Onu da qeyd edək ki, sərsəm, insanları qıcıqlandıran fikirləri ilə cəmiyyətə müdaxilə etmək yolu seçmiş Fətullah Gülənin yaydığı ideyalar Azərbaycan cəmiyyətində qətiyyən qəbul edilməzdir. Ölkəsinə, dövlətinə və xalqına xəyanət edərək ABŞ xüsusi xidmət orqanlarının əlində alətə çevrilən F. Gülən hazırda sayıqlamaları ilə gündəmdə qalıb. Ölkəsindən qaçaraq Amerikanın Pensilvaniya ştatında yaşayan Gülən havadarlarının dəstəyi ilə bir çox ölkələrdə məktəblər şəbəkəsi yaratmağa nail ola bilib. Heç şübhəsiz ki, bu məktəblərin yaradılmasında məqsəd dünya iqtisadiyyatında uğur qazana biləcək "əqidəli gənclər" yetişdirməkdir. Elə bu səbədən də guya həmin məktəblərdə həm elmi biliklər, həm də mənəvi təhsil verilir. Mənəviyyat dərsləri isə İslam dəyərlərinə əsaslanır. Lakin çox maraqlıdır ki, özünü super-dindar, Allah yaxın şəxs hesab edən Fətullah Gülən deyəsən ifrat sonsuzluğa yuvarlanıb. Elə bu səbədən də mütəmadi olaraq peyğəmbərlə danışdığını iddia edir. Bu arada Türkiyədə FETÖ istintaq işində Fətullah Gülənlə bağlı maraqlı detallar ortaya çıxıb. İstintağa ifadə verən şəxs F.Gülənin yuxuda Məhəmməd Peyğəmbərlə görüşdüyünü deyib: "2014-cü ilin oktyabr ayında keçirilən HSYK seçkilərindən öncə Ankaradan bir adam gəldi. Adını bilmirdim. Dedi ki, Fətullah Gülən yuxusunda Kəbəyə gedib, orada Peyğəmbərimizlə görüşüb. Peyğəmbərimiz ona "səni incidirlər?" deyib, o da "bəli" mənasında başını yelləyərək, ağlamağa başlayıb. Peyğəmbərimiz də ona "narahat olma, az qaldı" deyə cavab verib. Ankaradan gələn adam bunu danışaraq, seçkilərdə mütləq tərəfsiz şəxslərin qazanacağını, onlara səs verməyimizi dedi". Heç bir şərhə ehtiyac olmadan demək olar ki, F.Gülənin psixoloji durumu normal deyil. Onda şizofreya əlamətləri müşahidə olunmaqdadır. Əslində ölkəsinin dünyəvi dövlətçiliyinin əsaslarını sarsıtmaqla məşğul olan şəxsdən bundan artığını gözləmək sadəlövlük olardı. 

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31