Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib

Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.

Məlumata görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.

Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31